Əsas Səhifə > Partiya, Güney Press > "Bu Ramazan ayında fitrə vermək fikrim olmayıb"

"Bu Ramazan ayında fitrə vermək fikrim olmayıb"


27-06-2017, 10:27
"Bu Ramazan ayında fitrə vermək fikrim olmayıb"
Artıq müqəddəs Ramazan ayının başa çatdı. Adət-ən-ənəyə görə bu ayın son günlərində kasıblara, imkansız ailələrə fitrə verilməlidir.

Biz də tanınmış insanlarla sorğu edib onların da fitrə verib-vermədiyini öyrəndik.
BiG.AZ-a danışan tanınmış yazıçı Cəlil Cavanşir bu il fitrə vermək fikrində olmadığını bildirdi: “Düz 12 il fitrə vermişəm. Amma bu il belə fikrim olmayıb. Çoxdandı bu fikirdəyəm ki, yardım etmək üçün “Ramazan” ayını gözləmək lazım deyil. Nə zaman paylaşmaq, yardım etmək imkanım olsa paylaşıram. Bunun üçün xüsusi aksiyalar, bayramlar gərəksizdir. Paylaşmaq istəyi olan hər zaman paylaşa bilir. Və bunun nümayişkaranə olmaması da vacibdir”.

İqtisadçı-ekspert Qadir İbrahimli də Ramazan ayında fitrə verdiyini bildirdi: “Təbii ki, fitrə verdim. Fitrə vermək üçün meyarlarım da var. Həmin insan fiziki məhdudiyyətli, yaxud son dərəcə yoxsul insan olmalıdır. Nəinki xüsusi günlərdə, il ərzində rastıma çıxan, köməyə ehtiyacı olan adam çıxırsa imkanım həddində dəstək verirəm və ya buna cəhd edirəm. Təəssüflər olsun ki, bu gün məzlum görkəmi alan xeyli dələduz peyda olub, əvvəlcə dəqiqləşdirmə aparıb sonra qərar qəbul edirəm”.

Hərbi-siyasi icmalçı, ehtiyatda olan zabit Ramil Məmmədli qaydaya uyğun olaraq Ramazan ayının son günündə fitrə verəcəyini bildirdi: “Fitrə verməmişəm. Qaydaya uygun olaraq sabah firə verəcəm və hesab edirəm ki, bu əməl xüsusi günlərdə deyil, imkan olduğu zaman hər zaman edilməlidir. İmkansız insanlara əl tutmaq insanlığın ən üstün əməli sayılır”.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev hər Ramazan ayında fitrə verdiyini bildirdi: “Hər Ramazanda fitrə verirəm. Ümumiyyətlə isə fitrənin ehtiyac sahibi olan insanlara verilməsinin tərəfdarıyam. Bu haqda çox danışmaq istəmirəm, çünki insan etdiyini heç vaxt deməməlidir”.

Təhsil eksperti Kamran Əsədov gərgin iş rejimi ilə bağlı Ramazan ayında oruc tuta bilməsə də oruc tutanlar üçün dəfələrlə iftar süfrəsi təşkil etdiyini, ehtiyacı olan insanlara imkanı çərçivəsində kömək etdiyini bildirdi: “Mən ramazan ayı boyuncə oruc tuta bilmədim. Buna gərgin iş rüjimim imkan vermir. Çünki həm abituriyent hazırlığı, həm elmi tədqiqat işi, həmdə unievrsitet dərsləri və sair gərgin, çox enerji itirdiyim işlərlə məşğul olduğuma görə bu niyətimi həyata keçirə bilmədim. Amma Orucluq ayı boyunca dəflələrlə oruc tutmuş şəxslərə iftar süfrəsi təşkil etdim. Bu gün isə axşam saatlarında ailə üzvlərimin sayı üzrə, yəni iki qızım, həyat yoldaşım və özümdən ibarət dörd nəfərlik ailə üzvlərimin adambaşına 24 manatlıq kasıb insana fitrə verdim. Bilmirəm bu necə tənzimlənir, amma bu sahədən təcrübəsi olan şəxs bunun yetərli və doğru olduğunu dedi. Hesab edirəm ki, məncədə bu məbləğ həmən imkansız ailənin normal bayram qeyd etməsi üçün yetərli fitrə olar. Hər halda bir müəllim üçün büdcəsi bu qədər imkan verir. Düzdür, qazancımızın 40 faizi bizim deyil, onu Allah rızası üçün ehtiyacı olanlra verməliyik. Lakin nəzərə alaq ki, gəlirimizdən də 20 faiz dövlətə vergi veririk (14 faiz gəlir, 3 faiz DSMF, 2 faiz Həmkarlar, 1 faiz partiya)”.

"Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə ailə üzvlərinin sayına görə deyil, fitrə verdiyi ailənin adam sayına görə fitrə verdiyini bildirdi: “Ümumiyyətlə fitrə vermək üçün 11 ay gözləmək lazım deyil. Çalışıram imkanım daxilində nəsə edim. Ramazan ayında isə fitrə vermişəm. Ailə üzvlərimin sayına görə yox, fitrə verilməli adamların sayına görə (tanıdığım,bildiyim) İmkanım yol verdiyi qədər. Fitrə verərkən bayram günü ailəsi üçün süfrə aça bilməyən kasıblara, ailədən heç olmasa kimsə namaz qılan insanlara daha çox üstünlük verirəm”.

Geri qayıt