Əsas Səhifə > Partiya, Güney Press > "Ermənistanda əsasən cinayətkarlar yaxşı yaşayırlar"
"Ermənistanda əsasən cinayətkarlar yaxşı yaşayırlar"24-06-2017, 11:35 |
Erməni deputat etiraf edib ki, Azərbaycanla müharibə şəraiti Ermənistana ciddi ziyan vurur. Ermənistanın hakim Milli Şura partiyasının deputatı Qaqik Minasyan açıqlamasında bildirib ki, çətin kommunikasiya imkanları Ermənistandan ixrac edilən məhsulların dəyərini artırır. Erməni deputat bundan əlavə bildirib ki, Azərbaycanla müharibə Ermənistanın investisiya cəlbediciliyini azaldır. Ermənistanın hakim partiyasının deputatı bildirib ki, Ermənistanın iqtisadiyyatı çöküb və ermənilər fahişəlik və saxtakarlıqla pul qazana bilirlər. Ermənistandakı vəziyyət və erməni deputatının etirafları barədə millət vəkili Elman Məmmədov "Ölkə.Az"-a açıqlama verib: "Ermənistan cəmiyyətində, ermənilər arasında hamı Serj Sərkisyan kimi, Robert Köçəryan kimi və onların ətrafında olanlar kimi cinayətkar, axmaq deyillər, tərbiyəsiz fikirləşmirlər. Onların içərisində də, dünyada gedən proseslərlə bağlı, Ermənistandakı və Azərbaycandakı vəziyyətlə bağlı düzgün mühakimə yürüdənlər, araşdırma aparanlar, nəticə çıxaranlar var. Və elələri düzgün fikrə gəlirlər ki, Ermənistan uzun illərdir hər şeydən - bütün iqtisadi məsələlərdən, beynəlxalq layihələrin hamısından təcrid olunmuş vəziyyətdədir. Ermənistan Azərbaycan torpaqların işğal edib, ancaq vəziyyət elə gətiribdir ki, artıq Ermənistan ermənilərsiz qalmağa başlayır. Ermənistandan miqrasiya axını getdikcə sürətlənir. Ermənistanda qalanlar və Dağlıq Qarabağda qalan ermənilər səfalət içərisindədir. Ermənistanda əsasən cinayətkarlar yaxşı yaşayırlar. Erməni cəmiyyəti yoxsulluq içərisində yaşayır. Bunu beynəlxaq təşkilatlar qeyd edir". Ermənistanın vəziyyətinin yaxşı olmadığını düşünən ermənilərin mövqeyinə gəldikdə isə millət vəkili bildirdi ki, ağıllı düşünən ermənilər yeganə çıxış yolunun işğalçılıqdan əl çəkmək, Azərbaycanla mehriban qonşuluq münasibətlərini bərpa etməkdə görürlər: "Vəziyyət belə davam etdikcə Ermənistandan qaçıb gedənlərin sayı çoxalacaq və Ermənistan dövlətinin gələcək mövcudluğu sual altında qalacaqdır. Ona görə də, düzgün düşünən ermənilərin sayı artmağa başlayıb. Onların içərisində deputatı, politoloqu, siyasi icmalçıları da var. Ermənilər artıq elə vəziyyətə düşüblər ki, riskə gedərək ürəklərində olanları dillərinə gətirirlər. Bu çox şeydən xəbər verir və bu tip ermənilərin də sayı getdikcə artmağa başlayır". Geri qayıt |