Əsas Səhifə > Partiya, Güney Press > YAP rəhbər orqanlarını gəncləşdirəcək...

YAP rəhbər orqanlarını gəncləşdirəcək...


22-06-2017, 13:07
YAP rəhbər orqanlarını gəncləşdirəcək...
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) kluarlarında növbəti qurultayda Siyasi Şurada və digər rəhbər orqanlarında təmsil olunan bəzi şəxslərin əvəz olunacağı, gənclərin irəli çəkiləcəyi barədə məlumatlar dolaşır.
Yeni Azərbaycan Partiyası qurultay keçirilməsini nə zamana planlaşdırır?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, YAP Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə Modern.az-a bu haqda açıqlama verib.

Deputat bildirib ki, YAP-ın nə zaman qurultay keçirəcəyi hələ ki müzakirə edilmir.

“Qurultayın keçirilməsi ilə bağlı hələ ki hər hansı bir işlər aparılmır”.

A.Mirzəzadə “Siyasi Şurada və digər rəhbər orqanlarda bəzi şəxslərin əvəz olunacağı, ya da partiyadan çıxarılacağı gözlənilirmi” sualına belə cavab verib:

“Partiyadan o zaman uzaqlaşdırılır ki, həmin şəxslə bağlı məhkəmənin qərarı olur. Yaxud da həmin faktlarla bağlı rəsmi ittiham olur. Bu gün Yeni Azərbaycan Partiyasının Siyasi Şurasında ittiham edilən və yaxud məhkum olunan şəxsin adı yoxdur. Ona görə də ortada qərar və ya rəsmi ittiham yoxdursa, kimisə günahlandırmaq düzgün olmaz. Əlbəttə, hər qurultay zamanı partiyanın rəhbər orqanları yenilənir. Yeni gənclər və ziyalılar partiyada rəhbər orqanlarda təmsil olunur”.

Geri qayıt