Əsas Səhifə > Partiya, Güney Press > YAP-ın məşhur “91-lər”i bir yerə yığışa bilirmi...

YAP-ın məşhur “91-lər”i bir yerə yığışa bilirmi...


14-06-2017, 10:29
YAP-ın məşhur “91-lər”i bir yerə yığışa bilirmi...
İyunun 16-da məşhur “91-lər”in (91 nəfər tanınmış ziyalı) mərhum dövlət başçısı Heydər Əliyevə ünvanladığı müraciətin 25-ci ili tamam olur. 1992-ci ilin 16 oktyabrında Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək onu Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən 91 nəfər ziyalının müraciəti zaman-zaman müzakirə mövzusu olub. Onlar vaxtilə Yeni Azərbaycan Partiyasının “qızıl fondu” elan olunmuşdular.

Vaxtilə müxtəlif vəzifələrdə olan “91-lər”in bir çoxu sonralar tutduqları postlardan getdilər, bir qismi artıq dünyasını dəyişib. Sağ qalanlar da az deyil...
Bəs 25 il əvvəl vahid mövqedən çıxış etmiş “91-lər” hazırda bir yerə toplaşıb görüşürlərmi?
Modern.az-ın əməkdaşı bunu “91-lər”in üzvlərindən öyrənməyə çalışıb.

“91-lər”in üzvü, keçmiş deputat Şahlar Əsgərov deyir ki, neçə illərdir ki, bir araya toplaşmaları mümkün olmur.

““91-lər”in bir araya toplaşaraq görüşməsi mümkün olmur. Biz xüsusi gün ayırıb bir yerə toplaşmırıq. Bəlkə də “91-lər”in digər üzvləri bir araya yığışır, sadəcə mənim xəbərim olmur. Ancaq ildə bir dəfə görüş olur. O da ulu öndər Heydər Əliyevin doğum günü ilə bağlı YAP-ın təşkil etdiyi konfransdır. Konfransa “91-lər”dən də dəvət edilənlər də olur. Ancaq belə toplaşırıq.
Biz 25 il əvvəl bu vaxtlarda bir araya gəlmişdik. Həmin vaxtlar da hər şey başqa cür idi”.


Kim idi “91-lər”? Modern.az bir daha onların siyahısını yada salır...
1. Ziya Bünyadov.
2. Fərəməz Maqsudov.
3. Ömər Eldarov.
4. İqrar Əliyev.
5. Kərim Kərimov.
6. Məmmədtağı Cəfərov.
7. Sabir Hacıyev.
8. Xəlil Rza Ulutürk.
9. Sirus Təbrizli.
10. Zeynəb Xanlarova.
11. Əli Ömərov.
12. Eldar İbrahimov.
13. Mixail Zabelin.
14. Əlfəddin Abdullayev.
15. Murtuz Ələsgərov.
16. Əkbər Bayramov.
17. Zahid Qaralov.
18. Həsən Quliyev.
19. Adil Qasımov.
20. Əjdər İsmayılov.
21. Fikrət İsmayılov.
22. Şahlar Əsgərov.
23. Mübariz Əhmədov.
24. Əli Nuriyev.
25. Ədalət Fərəcov.
26. Həsən Mirzəyev.
27. Zahid Xəlilov.
28. Vilayət Əliyev.
29. Abbas Səmədov.
30. Ağababa Mahmudov.
31. Şəmistan Mikayılov.
32. Səfiyar Musayev.
33. Əsədulla Qurbanov.
34. Musa İlyasov.
35. Tələt Qayıbov.
36. Məmməd Məmmədov.
37. Rafiq Əminzadə.
38. Lalə-Şövkət Hacıyeva.
39. Eldar Abbasov.
40. Əli İnsanov.
41. Fuad İsmayılov.
42. Əlişir Musayev.
43. Hüsü Kərimov.
44. Rafiq Məmmədhəsənov.
45. Məmməd Nəsirov.
46. İbrahim İsayev.
47. Faiq Səfərov.
48. Sudeyf İmamverdiyev.
49. Liliya Luqovaya.
50. Hacıbala Abutalıbov.
51. Novruz Quliyev.
52. Əmir Mərdanov.
53. Sabir Xəlilov.
54. Pənah Mahmudov.
55. İsgəndər Quliyev.
56. Zakir Sərdarov.
57. Əli Əhmədov.
58. Əli Nağıyev.
59. Maqsud Nəcəfov.
60. Heydər Hüseynov.
61. Nəbi Əsgərov.
62. Allahverdi Hacıyev.
63. Tofiq Hüseynov.
64. Məmməd Məmmədov.
65. Musa Heydərov.
66. Hacı Hacıyev.
67. Nəzir Əhmədov.
68. Allahyar Hüseynov.
69. İbrahim Əzizov.
70. Aydın Əhmədzadə.
71. Vidadi Acalov.
72. Səbir Dünyamalıyeva.
73. Georqi Savoskin.
74. Lüdviq Muradov.
75. Rəfael Allahverdiyev.
76. Asif Cahangirov.
77. Rafiq Qasımov.
78. Kərim Kərimov.
79. Munis Bayramov.
80. Möhsün Möhsünov.
81. Ağabəy Əsgərov.
82. Vüqar Rəhimzadə.
83. Rizvan Cəbiyev.
84. Ariz Abduləliyev.
85. Əziz Axundov.
86. Mirzə Əsgərov.
87. Xeyrəddin Qoca.
88. Səlahəddin Quliyev.
89. Ziya Paşa.
90. Vüqar İsmayılov.
91. Tahir Məmmədov.

Geri qayıt