Əsas Səhifə > Partiya, Güney Press > Deputatdan dərs ilinin uzadılması ilə bağlı təklif:

Deputatdan dərs ilinin uzadılması ilə bağlı təklif:


10-06-2017, 09:48
Deputatdan dərs ilinin uzadılması ilə bağlı təklif:
“İyun ayının istisində dərsə getməyə məcbur olan məktəblilərin və müəllimlərin hər birinə sərinkeş olmayan otaqlarda tərdən qurtulmaq üçün ödənişsiz əsaslarla “kitayski” yelpik verilməlidir.”

AzNews.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib. O, qeyd edib ki, bu günkü təhsili tərdən qorumaq üçün böyük Avropa və ya Amerika yelpiyi lazımdır:

“Sentyabrın 1-i ənənəvi olaraq Azərbaycanda Bilik günü günü kimi yadda qalıb. Ancaq təhsilin məqsədi bilik olmadığına görə dərslərə bilikdən 15 gün adlayaraq başlayırıq. İctimai nəqliyyat keyfiyyətli, əlçatan, alternativ və təhlükəsiz olmadığına görə uşaqları ilə birlikdə hər gün məktəbə əziyyətlə iki dəfə gedib qayıdan, yaxud da pulsuz adlanan təhsil üçün uşaqları məktəbə aparıb-gətirməyə xüsusi maşın tutaraq cibindən vəsait ödəyən, sonra da daha keyfiyyətli imtahan hazırlığı üçün cibindən repititorlara pul dağıdan qəhrəman valideynlərə də mənəvi kislarod çatışmazlığı üçün gündə 300 qram süd kompensasiyası verilməlidir.”

Geri qayıt