Əsas Səhifə > Partiya, Güney Press > Gürcüstan parlamentindən Əli Kərimli və dəstəsinə etiraz

Gürcüstan parlamentindən Əli Kərimli və dəstəsinə etiraz


5-06-2017, 12:24
Gürcüstan parlamentindən Əli Kərimli və dəstəsinə etiraz
Radikal müxalifət təmsilçiləri AXCP sədrinin müavini Gözəl Bayramlı və Əfqan Muxtarlının həbsini siyasiləşdirərək Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirməyə çalışırlar. Əli Kərimli və dəstəsinin bu cəhdi gözlənildiyi kimi Gürcüstanda da xoş qarşılanmayıb və bunun Azərbaycana qarşı təxribat olduğu bəyan edilib.

Gürcüstan Parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov AzVision.az-a bildirib ki, Azərbaycan-Gürcüstan əlaqələrini pozmaq cəhdləri yolverilməzdir.

“İki ölkə arasında münasibətlər dostluq səviyyəsindədir. Kimlərsə əl altından öz niyyətlərini həyata keçirməyə çalışırlar. Kənar qüvvələr dostluq, qonşuluq əlaqələrini poza bilməzlər. Bu, xoşa gələn hadisə deyil. Biz Azərbaycana qara ləkə vurmaq cəhdlərini birmənalı şəkildə pisləyirik. Gürcüstanda yaşayan soydaşlarımız buna heç vaxt imkan verməzlər”- A.Süleymanov deyib.

Geri qayıt