Əsas Səhifə > Partiya, Güney Press > "Bildiyim qədər, belə bir hadisə ilk dəfədir baş verir"

"Bildiyim qədər, belə bir hadisə ilk dəfədir baş verir"


22-05-2017, 09:25
"Bildiyim qədər, belə bir hadisə ilk dəfədir baş verir"
Millət vəkili Fazil Mustafa ilk xarici səfərini Səudiyyə Ərəbistanına edən Trampın ölkə kralı Salman ilə görüşündə bir məqamı şərh edib.

Moderator.az xəbər verir ki, millət vəkili İslam adı ilə tanınan coğrafiyada yeni dönəmin başladığını bildirib:

"Səudiyyə Ərəbistanın kralı ABŞ-ın birinci ledisinin əlini sıxdı. Bildiyim qədər, belə bir hadisə ilk dəfədir baş verir. İslam dininə görə Allah qatında ABŞ-ın birinci ledisi ilə sadə bir süpürgəçi qadın arasında heç bir fərq yoxdur. Üstəlik də birinci ledi mühafizəkar bir ərəb dövlərinə daha bir yenilik gətirdi. Həyat yoldaşının yanında başıaçıq formada bu ölkəyə təşrif buyuraraq müsəlman başbilənlərini sözün birbaşa mənasında mat qoydu. Bundan sonra hansı haqla başqalarından məcburi şəkildə hicabla gəzməyi tələb edəcəklər, doğrusu bilmirəm. Bütün hallarda bu iki faktı normal qarşılamaq lazımdır. Bu çoxlarına dərs olar ki, İslam adına heç nəyi insanlara zorla təlqin etməyin, bir gün gələr amerikalı bir xanımın cazibəsindən bu prinsipiallığınızdan üz çevirərsiniz."

Geri qayıt