Əsas Səhifə > Partiya, Güney Press > "Bu gün Türkiyə və onun ətrafında baş verən savaş əslində türk və türk olmayanların savaşıdır"
"Bu gün Türkiyə və onun ətrafında baş verən savaş əslində türk və türk olmayanların savaşıdır"10-05-2017, 08:46 |
Məlum olduğu kimi, Türkiyə Çin zülmündən ona sığınan daha 21 uyğun türkünü rəsmi Pekinə təqdim etməyə hazırlaşır. Hansı ki, bu olay Türkiyənin özündə ciddi etiraz və narazılığa səbəb olub. Məlumat üçün qeyd edək ki, bundan öncə də Türkiyə xeyli sayda uyğuru Çinə təhvil vermiş, nəticədə həmin uyğurların bir qismi ağır şəkildə cəzalandırılmış, bir qismi isə edam edilmişdir. Maraqlıdır, Türkiyənin səbəb nə olursa-olsun uyğur türklərini Çinə təhvil verməsi nə dərəcədə doğrudur? Belə bir addım ümumtürk və islami dəyərlərlə uzlaşırmı? Moderator.az-a açıqlama verən tanınmış şair Rüstəm Behrudi baş verənlərin türklük və islami dəyərlərə zidd olduğunu vurğuladı: “Bu gün Türkiyə və onun ətrafında baş verən savaş əslində türk və türk olmayanların savaşıdır. Başqa bir savaş yoxdur. İstiqlal savaşı dönəmində olduğu kimi, bütün dünya Türkiyəni məhv etməyə, parçalamağa çalışır. Ən təəssüfedici məqam isə Türkiyədəki mövcud iqtidarın bu məsələlərlə bağlı tutduğu mövqedir. Baxın, Turqut Özal dönəmində İraqdan Türkiyəyə 300 minə yaxın insan sığındı. Onların 15 mini türkmən idi. Qalanlarını isə kürdlər təşkil edirdi. T.Özal 15 min nəfərlik türkməni Səddam qaytardı və S.Hüseyn onları asdı. Amma kürdləri qəbul etdi və saxladı. Bu fakt o dövrün qəzetlərində də var. Bu gün Çin əsarətində olan uyğurların taleyi Suriyadakı ərəblərin taleyindən yaxşı deyil. Lakin Ərdoğan hakimiyyəti 3-5 milyonluq ərəbi Türkiyəyə qəbul edir, onları yedirdir, içirdir, amma uyğurları qəbul etmir. Çünki içlərində türk sevgisi adına heç nə yoxdur. Uyğurların Çinə verilməsi insanlığa, müsəlmanlığa zidd bir şeydir. Avropanı, Almaniyanı hədələyən Ərdoğan hökumətinin İraqda türkmənlərin başına gətirilən faciələrlə bağlı səsi də çıxmır. Halbuki, Türkiyə qüdrətli dövlətdir və bu məsələdə söz sahibi ola bilər. Lakin bunun üçün içində türk irqi, türk sevgisi adına nə isə olmalıdır. Bu olmayanda bax beləcə sükut meydana çıxır”. Geri qayıt |