Əsas Səhifə > Partiya, Güney Press > “Prezident seçkilərində namizədliyimi verəcəm”

“Prezident seçkilərində namizədliyimi verəcəm”


2-05-2017, 09:14
“Prezident seçkilərində namizədliyimi verəcəm”
“Hazırda bütün rayonlarda konfranslar keçirilir və təlim-təbliğat işləri aparılır”.
Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Modern.az saytına 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı açıqlamasında bildirib. O deyib ki, prezident seçkilərinə namizədliyini irəli sürəcək:
“2018-ci ildə keçiriləcək prezident seçkilərinə namizədliyimi irəli sürəcəyəm. Bu barədə Siyasi Şuranın qəti qərarı var. Hazırda bu yöndə ciddi işlərə başlamışıq. Artıq rayonlarda təlim-təbliğat işləri başlayıb. İndi Azərbaycanın bütün təbəqələri ilə əlaqələr gücləndirilir və partiyanın nəzdində gənclər komitəsinin yaradılması nəzərdə tutulur. Ölkəmizdəki vəziyyəti həmin insanlarla müzakirə edirik. Eyni zamanda, partiya üzvlərindən əldə etdiyimiz məbləğlə təbliğat-təşkilat qruplarımızın sayını çoxaldırıq. Ölkədəki və regiondakı vəziyyəti müəyyənləşdirib seçkilərdə mövqeyimizi ortaya qoyacağıq. Mən də bir neçə gün öncə təbliğat-təşkilat işlərinə başlamışam. Düşünürəm ki, 2018-ci ildə normal demokratik seçki keçirilsə, orada qalib gələcəyik”.

Geri qayıt