Əsas Səhifə > Partiya, Güney Press > "Fərhad Əliyev kimi o da prezident olmaq sevdasına düşmüşdü"
"Fərhad Əliyev kimi o da prezident olmaq sevdasına düşmüşdü"27-04-2017, 09:09 |
«Bir səlahiyyəti ondan alıb buna verməklə problemi həll eləmək mümkün deyil. Bütün problemlər kadrların yerində olmaması nəticəsində yaranıb. Hesab edirəm ki, Nazirlər Kabineti adlanan, amma əslində "qocalar evi” olan struktur bütövlükdə istefaya getməlidir. Bu "qocalar evi” tam tərkibdə istefaya getməyincə, ölkədə nə sosial, nə siyasi, nə də iqtisadi islahat aparmaq mümkün olacaq”. dia-az.life xəbər verir ki, bu sözləri MİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev "Mərkəzi Bank haqqında” qanuna edilən dəyişikliklərə münasibət bildirərkən deyib. Partiya sədrinin sözlərinə görə, məmurlar ölkənin maliyyə sistemini elə vəziyyətə salıblar ki, onu normal hala gətirmək asan olmayacaq. H.Hacıyev ölkənin maliyyə naziri Samir Şərifovla bağlı da sərt fikirlər səsləndirib: «Samir Şərifov xaricdə olanda bəzi dairələrin nümayəndələri ona demişdilər ki, sən yaxşı islahatçısan, səndən yaxşı prezident olar, onun da ağlına batmışdı. Fərhad Əliyev kimi o da prezident olmaq sevdasına düşmüşdü. Ona tapşırıq veriblər ki, elə et, narazılıq artsın, ölkədə böyük iğtişaşlar başlasın, ondan sonra səni hakimiyyətə gətirəcəyik. Bu səbəbdən də Samir Şərifov bütün gücü ilə ölkədə narazılığın daha da artmasına çalışır. Öz işçisini Beynəlxalq Banka rəhbər qoydurdu, Cahangir Hacıyevdən sonra o da qısa müddətdə dollarları «qara bazar”a ötürüb milyonlar qazandı. Sözüm ondadır ki, Samir Şərifov Azərbaycanın maliyyə sektorunu çökdürən əsas şəxslərdəndir”. H.Hacıyev maliyyə nazirinə qarşı daha sərt tədbir görməyin vacibliyini də vurğulayıb: "Samir Şərifov və onun komandasının əsas üzvləri həbs edilməlidir. Sərt qərarlar verilməyincə, maliyyə sektorunda problemlər həll olunmayacaq”. Onu da nəzərə çatdıraq ki, dövlət başçısı ölkədə ciddi dəyişikliklərin həyata keçirilməsi üçün bir sıra addımlar atır. H.Hacıyev isə deyir ki, prezident çevik qərarlar qəbul etsə də, bu qərarları sabotaj edən məmurlar var: "Nə qədər yaxşı qanun qəbul eləsən də, onu kadr həyata keçirir. Azərbaycanda əsas problem budur. Ölkənin maliyyə, bank, kənd təsərrüfatı sahəsini bərbad vəziyyətə salan adamlardan nə gözləmək olar? Ona görə də hesab edirəm ki, xəyanətkarları komandadan uzaqlaşdırmaq lazımdır. Yalnız ondan sonra nəyəsə nail olmaq mümkündür». Geri qayıt |