Əsas Səhifə > Partiya, Güney Press > "Sənayenin inkişafı təkcə Bakı, Sumqayıt, Gəncə kimi böyük şəhərlərlə mərkəzləşməməlidir"

"Sənayenin inkişafı təkcə Bakı, Sumqayıt, Gəncə kimi böyük şəhərlərlə mərkəzləşməməlidir"


22-04-2017, 09:42
"Sənayenin inkişafı təkcə Bakı, Sumqayıt, Gəncə kimi böyük şəhərlərlə mərkəzləşməməlidir"
Prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda keçirilən respublika müşavirəsi inkişafa doğru irəliləmək üçün son dərəcədə böyük əhəmiyyət daşıyır.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsinin önəmi ilə bağlı danışan millət vəkili Elman Məmmədov deyib. Millət vəkili müşavirədə qarşıya qoyulan əsas iqtisadi hədəfləri açıqlayıb:

“Əsas məqsəd, yol xəritəsinə əsasən, qeyri-neft sektoru və kənd təsərrüfatının müxtəlif sahələrinin inkişaf etdirilməsi, işsizliyin aradan qaldırılması və əhalinin maddi rifahının yaxşılaşdırılması, büdcənin neft sektorundan asılığının azaldılması və ixracın artırılmasıdır. Hazırda Azərbaycanın buna hər cür imkanı var. İlk növbədə ölkənin iqlim şəraitini götürsək, Azərbaycan müxtəlif zonalarda bütün mövcud kənd təsərrüfatı məhsullarını özü istehsal edə bilər. Eyni zamanda, regionlarda müxtəlif sənaye sahələrinin yaradılmasına da fikir verilməlidir. Sənayenin inkişafı təkcə Bakı, Sumqayıt, Gəncə kimi böyük şəhərlərlə mərkəzləşməməlidir. Dövlət başçısı son müşavirədə hər iki istiqamətdə əsas iqtisadi hədəflərə çatmaq üçün mühüm addımlar atdı. Təbii ki, bu prosesdə yerli icra orqanlarının, nazirliklərin və sahibkarların üzərinə ciddi vəzifələr qoyuldu. Verilən tapşırıqların necə icra olunacağını gələcək göstərəcək”.

Geri qayıt