Əsas Səhifə > Partiya, Güney Press > "Onsuz da insanların aldıqları pul heç nədir"
"Onsuz da insanların aldıqları pul heç nədir"10-04-2017, 09:19 |
“Azərbaycanda xidmət sahələrində vəziyyət ağırdır. Bu ağırlığı insanların çiynindən götürmək lazımdır”. dia-az.life xəbər verir ki, bunu Modern.az-a Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov deyib. Deputat bildirib ki, bizdən asılı olmayaraq dünyada gedən inkişaf kataklizmalarından devalivasiya bizə hədiyyə düşüb. “Heç olmasa bu zaman etməyin də. Heç olmasa xidmət sahələrində bu yükü xalqın üzərinə qoymayın. Mən dəfələrlə məmurlara demişəm. Bunu etməyin! Qaz, su, işıq idarələrindən insanları incitməyin! Onsuz da insanların aldıqları pul heç nədir. Heç olmasa Azəriqaz, Azərsu, Azərişıq insanları incitməsin. Bu incikliklər axırda dövlətə qarşı gedib çatacaq. Ona görə də bizim hər attığımız addım cənab prezidentə inamla, güvənlə ekvalent olmalıdır. Ona görə də biz xalqı incitməməliyik. İncik xalq isə küçələrə gedəcək, mitinqlərə başlayacaq. Xalqı incitmək olmaz. Biz xalq üçün işləməliyik. Ulu öndər Heydər Əliyev də deyib ki, hakimiyyətin yeganə mənbəyi xalqdır! Əgər hakimiyyət xalqındısa, xalqa xidmət etmək lazımdır”. Geri qayıt |