Əsas Səhifə > Partiya, Güney Press > “Gürcüstan hökuməti əlaltından Ermənistanı müdafiə edir”

“Gürcüstan hökuməti əlaltından Ermənistanı müdafiə edir”


24-03-2017, 09:53
“Gürcüstan hökuməti əlaltından Ermənistanı müdafiə edir”
Martın 22-də Gürcüstanın müxalif “Vahid Milli Hərəkat” partiyasının nümayəndələri mətbuat nümayəndələri ilə görüşdə bildiriblər ki, Bolnisi rayonu ərazisində Ermənistana hərbi texnika daşıdığı ehtimal olunan şübhəli Rusiya yük maşınları görünüb.

Qeyd edək ki, hərbi texnika yüklənmiş maşınların məlumatı təsdiqləyən fotoşəkilləri də yayılıb. Əslində, bu fakt həqiqətdirsə, dost saydığımız Gürcüstanın Azərbaycana arxadan zərbə vurması kimi qiymətləndirilə bilər. Ona görə də faktı araşdırmaq Azərbaycan hökumətinin üzərinə düşür.

Nəzərə çatdıraq ki, Gürcüstan Müdafiə Nazirliyi bildirir ki, neçə illərdir nə Ermənistan, nə də Rusiya tərəfindən Gürcüstana belə müraciət daxil olmur, müvafiq olaraq da Gürcüstan tərəfi Ermənistana silah tranziti barədə heç bir icazə vermir.

Gürcüstan parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin sədri İrakli Sesiaşvili isə deyib ki, ölkə üzərindən Ermənistana doğrudan da texnika tranziti həyata keçirilib: “Bu tranziti Belarus vətəndaşları həyata keçirib, daşınan isə hərbi texnika yox, xilasetmə əməliyyatlarında istifadə olunan texnika idi”.

“Videomaterillarda üstü brezentlə örtülmüş tanklar, zirehli texnikalar aydın hiss olunur”

Mövzu ilə bağlı politoloq Qabil Hüseynli Hurriyyet.org-a bildirdi ki, “Vahid Milli Hərəkat” partiyasının təşkil etdiyi mətbuat konfransında videomateriallar da təqdim edilib: “Videomaterillarda üstü brezentlə örtülmüş tanklar, zirehli texnikalar aydın hiss olunur. Onlara halal olsun, bir xeyli müddət həmin yük daşıyan maşınları təqib ediblər, nömrələrinə qədər videoya çəkiblər. Sonra da onu mətbuat işçiləri qarşısında nümayiş etdiriblər. İvanaşvili hökuməti bunu təkzib etsə də, indi əldə videomaterillar var. Həmin videomaterillar Azərbaycan saytlarında da yerləşdirilib”.

“Mən buna şübhə etmirəm”

Poliqtoloq dedi ki, bundan əvvəl də biz bilirik ki, Rusiya təyyarələri Abxaziya üzərindən uçaraq sahilboyu Ermənistana yaxınlaşıb: “Bir Gürcüstanın Bolnisi rayonu qalıb, onun da üzərindən vecinə almadan rus qırıcı təyyarələri Ermənistana daxil olur. Bu dəfə isə yüklər bütün Gürcüstanın quru yolları ilə daşınıb, qeydlər isə Bolnisi ərazisində videolentə alınıb. Mən buna şübhə etmirəm. Çünki maşınların seriya nömrələri də oxunur. Maşınların üzərindəki yüklərin üstünə brezent çəkilsə də, konfirqurusiyalarından və görünüşlərindən görünür ki, bu, zirehli texnikadır”.
Q. Hüseynli qeyd etdi ki, Gürcüstan parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin sədri çox böyük yanlışlığa yol verir: “Orada kəndləri və əhalini çəkiblər.Videolentə baxanda görürsən ki, içərilərində azərbyacanlılar, gürcülər var və Bolnisi rayonudur. Bu, işin bir tərəfidir. Ikincisi isə həmin maşınları analiz edəndə görüsən ki, Fövqalədə Hallar Nazirliyi üçün nəzərdə tutulan texnika deyil, bu, aşkar lüləsi qabağa uzanmış, tırtılları, lükləri hiss edilən tank və zirehli texnikadır. Bunu həmin çəkilmiş viedolara baxan mütəxəssis çox asanlıqla isbata yetirə bilər”.

“İvanaşvili hökuməti riyakar siyasət yürüdür”

“Təəssüf edirəm ki, Gürcüstan belə ikiüzlü hərəkət edir, uzun müddətdir ki, bu proses gedir. İlk dəfədir ki, bu prosesin görüntüsü bizim oradakı azərbaycanlıların səyi ilə lentə alınıb və İvanaşvili hökumətinin bu cür saxtakarlığı üzə çıxarılır. İvanaşvili hökuməti riyakar siyasət yürüdür. Çünki Gürcüstan ayağı üstə durması üçün lazım olan nə varsa, Azərbaycanın hesabına edir. Hələ 8 il bundan əvvəl Gürcüstana ucuz qiymətə satdığımız elektrik enerjisinin pulunu ala bilməmişik. Rusiya qazı Gürcüstana 380 dollara təklif edirdi, amma biz 180 dollara satırıq”, - deyə politoloq əlavə etdi.

“Gürcüstan hökuməti əlaltından Ermənistanla daha çox əməkdaşlıq edir”

Q. Hüseynli onu da yada saldı ki, Saakaşvili bir zamanlar demişdi ki, Azərbaycan olmasaydı, Gürcüstanın istiqlalı, olmazdı, Gürcüstan ayaq üstə qala biməzdi: “Ona görə, İvanaşvili kimi yaramazı başa salmaq lazımdır. Çünki o, “boz kardinal”dır, hər şey idarə edir. O, Rusiyanın əlaltısıdır, onun köməyi ilə Gücüstan ərazisi Ermənistan üçün nəqliyyat dəhlizi kimi istfadə olunurr. Ancaq çox təəssüf ki, üzdə Azərbaycanla strateji əməkdaşlıqdan danışan Gürcüstan hökuməti əlaltından Ermənistanla daha çox əməkdaşlıq edir və Ermənistan hökumətini müdafiə edir”.

Geri qayıt