Əsas Səhifə > Partiya, Güney Press > Azərbaycan İran məhsullarını boykot etməlidirmi?

Azərbaycan İran məhsullarını boykot etməlidirmi?


11-03-2017, 09:35
Azərbaycan İran məhsullarını boykot etməlidirmi?
İrəvanda İranın “Halal” ərzaq şəbəkəsinin ofisi açılacaq. Ermənistan rəsmilərinin verdiyi məlumata görə, bundan sonra İranın yeyinti sənayesi və kənd təəsrrüfatı məhsulları bu şəbəkənin İrəvandakı mağazalarında satılacaq.
Maraqlıdır, Azərbaycan rəsmi Tehranın bu addımına cavab olaraq İran məhsullarının boykotunu həyata keçirməlidirmi?
Moderator.az-a açıqlama verən AXP sədri Pənah Hüseyn bu addımın ölkəmizin maraqlarına o qədər də cavab vermədiyini bildirib:
“Iranla Ermənistan arasında həm iqtisadi, həm də digər sferalarda münasibətlər əvvəldən mövcud olub. Bu isə haqlı olataq Azərbaycan xalqının narazılığına səbəb olub. Çünki İran milyonlarla azərbaycanlının yaşadığı ölkədir. İran bir müsəlman ölkəsidir. İslam Əməkdaşlıq Təşkilatı da Ermənistanı işğalçı dövlət kimi tanıyır. Odur ki, Azərbaycan İranın bu məsələdə onun yanında daha çox yer almasını istəyir. Iran hökuməti isə təəssüf ki, bu məsələdə öz maraqlarını əsas götürür. Azərbaycanın İran məhsullarından imtina etməsi, iki dövlət arasında gərinliyin artması isə hesab edirəm ki, daha çox mahiyyət etibarilə Ermənistanın maraqlarına xidmət edə bilər.

Təbii ki, bu kimi məsələlərdə mövqe bildirilməlidir. Etirazlar ortaya qoyulmalıdır. Lakin İran məhsullarından dövlət səviyyəsində imtina olunması, zənnimcə doğru addım olmaz. Kimlərsə İran məhsullarını fərd olaraq boykot edəcəksə, bu tamam başqa məsələdir və onların şəxsi qərarıdır”.

Geri qayıt