Əsas Səhifə > Partiya, Güney Press > "Həm Mehriban xanımı, həm də bu uğura sevinən Azərbaycan vətəndaşlarını ürəkdən təbrik edirəm"
"Həm Mehriban xanımı, həm də bu uğura sevinən Azərbaycan vətəndaşlarını ürəkdən təbrik edirəm"22-02-2017, 07:57 |
Xəbər verildiyi kimi, bu gün Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Mehriban Əliyeva Azərbaycanın birinci vitse-prezidenti təyin edilib. Məsələ ilə bağlı Unikal.org-a Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova müsahibə verib. -Bahar xanım, Mehriban xanım Əliyevanın vitse-prezident təyinatını necə qiymətləndirirsiniz? -Mən bu sərəncamı çox böyük ruh yüksəkliyi ilə qarşıladım. Azərbaycan xalqının mütləq əksəriyyəti bu qərarı alqışlayır. Mehriban xanımı bu münasibətlə təbrik edir, şərəfli və məsuliyyətli işində böyük uğurlar arzulayıram. Bundan sonra da uğur qazanacağına çox böyük inamımız var. Deməliyəm ki, bu vəzifəyə təyin olunmaq haqqını o, öz fəaliyyəti ilə qazanıb. Xalqa, dövlətə, milli və bəşəri dəyərlərə sədaqəti, yüksək idealların bərqərar olunması üçün əlindən gələn xidməti edib. Ona görə bu təyinat münasibəti ilə həm Mehriban xanımı, həm də bu uğura sevinən Azərbaycan vətəndaşlarını ürəkdən təbrik edirəm. -Əli Kərimli və İsa Qəmbər bu təyinatla bağlı etirazlarını açıqlayıblar. İstərdim buna münasibət bildirəsiniz? -Bu insanların belə böyük uğuru görməyə, dəyərləndirməyə gücü çatmır. Odur ki, belə fikirləri geniş şərh etmək istəməzdim. Onlar Prezidentin bugünkü məlum sərəncamından sonra çoxsaylı insanların duyduğu hissiyyatları duya bilməzlər. Əslində onlar bu qərarın doğura biləcəyi üstünlükləri görmək istəməyənlərdir. Mən diqqəti bu istiqamətə yox, Azərbaycanı qarşıda gözləyən vəzifələrin yerinə yetirilməsi prosesində yeni imkanın əldə edilməsinə yönəltmək istəyirəm. Bu, Mehriban xanımın ali icra hakimiyəti orqanında yüksək vəzifə tutmasıdır. Hesab edirəm ki, O, bu günə qədər ictimai əsaslarla birinci xanım kimi könüllü şəkildə üzərinə götürdüyü missiyanın səlahiyyətlənmiş bir şəkildə davamını edəcəkdir. Yeni keyfiyyətdə fəaliyyəti ilə Azərbaycana xidmətin yeni bir nümunəsini ortaya qoyacaqdır. Bunu qəbul etməyənlər özləri bilərlər. Onlar dünyada yaxşı və pisin sərhəddini itirmiş, onu yalnız öz siyasi marağına tabe etmiş insanlardır. -Həmkarınız olaraq Mehriban xanımın ən yaddaqalan üstünlükləri nədən ibarətdir? -Mehriban xanım bu sahədə fəaliyyət göstərən bütün insanlara nümunədir. O, millət vəkili kimi hər zaman seçicilərinə, seçildiyi dairəyə, onların çətinliklərinə, yüksək səviyyədə yanaşdığı kimi, ümumilikdə Azərbaycanın mövcud problemlərinə, mədəni və humanitar sahədəki çatışmazlıqlara da diqqəti ilə seçilir və müntəzəm olaraq amnistiya aktları təşəbbüsü ilə çıxış edir. Mehriban xanımın fəaliyyəti haqqında danışanlar birmənalı olaraq vurğulayırlar ki, onun bu təşəbbüsləri sayəsində yüz minlərlə insan öz azadlığına qovuşub, növbəti dəfə cəmiyyətə, öz ailələrinə qayıtmaq şansı, həyatlarını yenidən qurmaq üçün imkan əldə ediblər. Yalnız təkcə bu fəlaiyyəti ilə Mehriban xanım həmin insanların yaddaşında qalacaq və öz həmkarlarına, bizə də örnək olacaqdır. Geri qayıt |