Əsas Səhifə > Partiya, Güney Press > “Bu, cənab İlham Əliyevin xidmətidir”

“Bu, cənab İlham Əliyevin xidmətidir”


17-02-2017, 08:39
“Bu, cənab İlham Əliyevin xidmətidir”
Dünən Bakıda ABŞ və Rusiyanın ordu rəhbərlərinin görüşü keçirilib. Məlum məsələ ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə bu görüşü iki rakursdan şərh etməyin mümkün olduğunu vurğuladı:
“Bu məsələyə iki bucaq altında yanaşmaq olar və bunların hər ikisi müsbət qiymətləndirilməlidir. Məlum olduğu kimi, Barak Obama dönəmində ABŞ və Rusiya arasında münasibətlər həddindən artıq kəskinləşmişdi. Tramp administrasiyasının fəaliyyətə başlamasından bəri ilk dəfədir ki, bu cür yüksək səviyyəli görüş keçirilir. Bu görüşün keçirilməsi iki dövlət arasında və dolayısı ilə dünyada gərginliyin azaldılmasına xidmət edən bir addımdır.
Ikinci vacib məsələ isə görüşün məhz Azərbaycanda keçirilməsidir. Bu, Azərbaycanın siyasi nüfuzunun artdığını, habelə hər iki tərəflə yaxşı münasibətlərə malik olduğunu göstərir. Bu görüş cənab İlham Əliyevin apardığı siyasət nəticəsində dünyanın iri güc mərkəzlərinin Azərbaycanın nüfuzuna, təhlükəsizliyinə verdiyi qiymət kimi dəyərləndirilməlidir”.

Geri qayıt