Əsas Səhifə > Partiya, Güney Press > Hərəkatçıdan sabiq baş prokurora sərt ittiham:
Hərəkatçıdan sabiq baş prokurora sərt ittiham:27-01-2017, 08:41 |
Sabiq baş prokuror Əli Ömərov bu günlərdə mətbuata açıqlama verərək, özünün və övladlarının işsizliyindən gileylənib. Bu azmış kimi başqalarının da “bostanına daş atmağı”unutmayıb. Ə.Ömərov hazırda ömürlük həbs cəzası çəkən, DİN-in sabiq Cinayət Axtarış İdarəsinin rəisi, general-mayor Zakir Nəsirovun cinayətkar oldugunu xatırladaraq onun oğlunun indi məsul vəzifə tutmasını xüsusi olaraq vurğulayıb. Bu çoxlarının diqqətindən yayınsa da CANP-ın (Canımız Azərbaycan Naminə Partiyası) sədri Ramiz Tağıyevin diqqətini çəkib. Milletim.info-ya məsələ ilə bağlı mövqeyini bildirən Ramiz bəy, Ə.Ömərovu 1991-ci ildən tanıdığını qeyd edib: “O zaman Naxçıvanın müdafiəsi üçün Gəncədən-Şerbakın rəhbərlik etdiyi hərbi hissədən silah-sursat alırdıq. Vasitəçiliyi Ə.Ömərov edirdi. Təbii ki, havayı kömək etmirdi. O, alverçi xislətli bir adam olduğundan addımını belə pulsuz atmaz. Şerbak bir qazanırdısa, Ə.Ömərov iki qazanırdı. Sonra Naxçıvana gəldi. Biz onu İrana yola saldıq. Böyük ehtimalla qazandıqlarını dollara,daş-qaşa çevirməyə gedirdi. Onu həmin zaman Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyevlə görüşdürdüm. H.Əliyev sonra mənə iradını bildirdi ki, bunu hardan tapmısan? Bu adamı baş prokuror kürsüsündə görəndə xeyli təəccüblənmişdim. İndi, durub Zakir Nəsirovu cinayətkar adlandırır… Onun oğlunun məsul vəzifə tutmasına paxıllıq edir, qanunsuzluq sayır. Mən, Z.Nəsirovu heç tanımamışam. Müəyyən araşdırmalarım olub ki, nəticəsində Z.Nəsirovun günahsız olduğunu, MTN-nin cinayətkar dəstəsinin qisasçı mövqelərinə görə sərt cəzalandığını müəyyən etmişəm. Düşünürəm ki, Z.Nəsirov azadlığı haqq edir və tezliklə azadlığa qovuşmalıdır. Digər tərəfdən, qəbul edə bilmirəm ki, Ə.Ömərov Z.Nəsirovun övladının işləyib, ailəsini dolandırmasını qəbul edə bilmir. Nə üçün? Hansı qanunda yazılıb ki, atası general səviyyəsinə yüksəlmiş övlad işləyə bilməz? 37-ci illərin xiffətin çəkir, deyəsən, Ə.Ömərov?! Ən azı ayıbdır, bu cür düşüncə tərzini ifadə etmək. Mən bilmirəm məhkum generalın oğlu harda işləyir, ancaq onu bilirəm ki, onun işləməsinə şərait yaradanlar hədsiz böyük kişilərdi. Üzümü Ə.Ömərova tutub, bu cür cılızlığı sizə yaraşdırmadım demirəm, çünki, siz, hər şeyi pul-parayla ölçüb, alverçi təfəkkürlü biri olduğunuzdan həbsxana həyatı yaşayan, vaxtı ilə eyni komandada təmsil olunduğunuz Z.Nəsirov barəsində söylədiklərinizdən heç təəccüblənmədim. Lakin,sizi cavabsız buraxmaq da mənim işim deyil. Mənim də övladlarım işsizdi. Ancaq mən sizdən fərqli olaraq onların işsizliyinin səbəbini Z.Nəsirovun övladının çalışmasında axtarmıram. Həmdə ki, Ə.Ömərov və övladları bir neçə əsr işləməsələrdə, zamanında yığdıqları bəsləridi. Xırdalamıram, Əli müəllim…” Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq. Geri qayıt |