Əsas Səhifə > Partiya, Güney Press > "Azərbaycan öz tədbirlərini görməlidir"
"Azərbaycan öz tədbirlərini görməlidir"24-01-2017, 09:11 |
A.Mütəllibov Ölkə.Az-a açıqlamasında deyib ki, Sergey Lavrovun Dağlıq Qarabağla bağlı açıqlaması ədalətli deyil: “Artıq 25 ildir ki, bu münaqişə ilə bağlı məsələ beynəlxalq müstəvidə müzakirə olunur. Buna misal olaraq, Rusiyanın da təmsil olunduğu ATƏT-in Minsk qrupunun bu neçə illik fəaliyyətini söyləmək olar. Həmin Minsk qrupunda Rusiya ilə yanaşı, ABŞ və Fransa da təmsil olunur. Sergey Lavrov bəyan edir ki, guya Azərbaycan Dağlıq Qarabağla bağlı özbaşına heçnə edə bilməz. Ancaq bu belə deyil. Bu gün Azərbaycanın tam ixtiyarı var ki, istənilən an güc yolu ilə torpaqlarını işğaldan azad etsin. Bunu Azərbaycan cəmiyyəti də yekdilliklə qəbul edir. Mən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bu məsələ ilə bağlı bəyanatını oxudum. Orada Sergey Lavrovun fikirlərinə də cavab verilib”. A.Mütəllibov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin taleyi məsələsinə rəsmi Vaşinqton ilə Moskva arasında münasibətlərdən vəziyyəti də ciddi təsir edə bilər: “Əgər ABŞ və Rusiya dövlət başçıları dil tapıb ümumi razılığa gələ bilsələr, o zaman Azərbaycan da bu vəziyyəti nəzərdən keçirməlidir. Əgər dil tapılmasa və dünyada bu cür münaqişələr davam etsə, o zaman artıq Azərbaycan da öz tədbirlərini görməlidir”. Geri qayıt |