Əsas Səhifə > Partiya, Güney Press > “Cavid Cabbarlı gələcəyin Tale Bağırzadəsidir”

“Cavid Cabbarlı gələcəyin Tale Bağırzadəsidir”


17-01-2017, 08:53
“Cavid Cabbarlı gələcəyin Tale Bağırzadəsidir”
"Mən ilk dəfədir bu qədər başından böyük danışan birisi ilə rastlaşıram".

Bunu Mediafax.Az-a açıqlamasında millət vəkili Fazil Mustafa jurnalist Cavid Cabbarlının onun haqqında fikirlərinə münasibət bildirərkən deyib.

F.Mustafa hesab edir ki, jurnalist C.Cabbarlının onun haqqında səsləndirdiyi fikirlər məqsədyönlüdür: "Ruhaninin Ermənistana məlum səfərinə etirazlarımızdan sonra adama təpiniblər ki, illərdir nəyə oturtmuşuq səni orada, niyə səsin çıxmır, bu boyda ölkəni ittaham altına alırlar. Bu da cavab verməyə məcbur kimi görünür sanki. Hətta ədəbsizlik gör nə həddə çatıb ki, vaxtilə İslam partiyasında bu ölkənin maraqlarını tapdalayan bu ünsürlər az qala bizdən hesabat istəməyə başlayıblar. Burada mənim yazımdan söhbət getmir, adam iz azdırmağa çalışır, yazır ki, Fazil Mustafa Azərbaycan əhalisinə "bic doğulmuşlar" deyir, mən də cavablandırıram ki, özünə bu sözü aid edirsənsə, Azərbaycan xalqını niyə ortaya atırsan? O cümləmi də QUMdan idarə olunan saytlardan götürmüsən".

Millət vəkili saytımıza açıqlamasında maraqlı fikirlər səsləndirib: "Cavid Cabbarlı gələcəyin Tale Bağırzadəsidir, bunu qeyd edin, gələcəkdə daha aydın görəcəksiniz. Mövsüm Səmədovun haqq davası apardığını bəyan edən bir şəxs Azərbaycan sevgisi daşıya bilməz. Mənim yazılarımın da hamısının altında imzam var, indiyədək də heç birindən imtina etməmişəm. O zaman biz iqtidara da, Heydər Əliyevə də düşmən münasibət bəsləyirdik, ona görə də elə bilirdik Azərbaycanı dağıtmaq istəyir, sonradan isə Cavid Cabbarlı kimi separatçı zehniyyətə sahib insanların necə çoxaldığını görəndə anladıq ki, Heydər Əliiyev həqiqətən böyük şəxsiyyətdir, hansı vasitələrlə olursa olsun, bu ölkənin parçalanmasına yol verməyib. Hələ utanmadan yazır ki, bu sözlərdən sonra necə olur ki, Fazil Mustafa deputat təyin olunur. Ən böyük şərəfsizlik öz ölkəsinə qarşı agent təyin olunmaqdır, bir çoxları bu ləkəni heç vaxt silə bilməyəcəklər", - deyə Fazil Mustafa vurğulayıb.

Geri qayıt