Əsas Səhifə > Partiya, Güney Press > Etibar Məmmədov Trampın partiyasının da iştirak edəcəyi tədbirə gedir

Etibar Məmmədov Trampın partiyasının da iştirak edəcəyi tədbirə gedir


11-01-2017, 08:07
Etibar Məmmədov Trampın partiyasının da iştirak edəcəyi tədbirə gedir
AMİP lideri Etibar Məmmədov və partiyanın beynəlxalq əlaqələr katibi Elşən Mustafayev yanvarın 15-dən 17-dək Almaniyada səfərdə olacaq. Bu barədə “Yeni Müsavat”a Elşən Mustafayev məlumat verib. Onun sözlərinə görə, Münhendə Beynəlxalq Demokrat İttifaqının icraçı toplantısı olacaq və səfərləri həmin toplantıda iştirak etmək üçündür.

Qeyd edək ki, AMİP Beynəlxalq Demokrat İttifaqına Azərbaycandan üzv olan yeganə partiyadır. ABŞ-ın Donald Trampın timsalında yeni hakimiyyətə gələn Respublikaçılar Partiyası da Beynəlxalq Demokrat İttifaqının üzvüdür və tədbirdə bu partiya da təmsil olunacaq.
Trampın prezident seçilməsi ilə ABŞ-da hakimiyyətə gələn Respublikaçılar Partiyası ilə eyni ittifaqda müttəfiqlik edən yeganə Azərbaycan partiyası AMİP-dir. AMİP sağ mərkəzyönlü partiyaları özündə birləşdirən Beynəlxalq Demokrat İttifaqı çərçivəsində ABŞ-ın Respublikaçılar Partiyası ilə müttəfiqdir.

Keçən ilin iyul ayında AMİP rəhbərliyi Donald Trampın namizədliyinin təsdiqləndiyi Respublikaçılar Partiyasının qurultayına dəvət alıb. Lakin müəyyən səbəblərdən qurultayın işində iştirak edə bilməyiblər.

Geri qayıt