Əsas Səhifə > Partiya, Güney Press > "Müxalifət dağınıq vəziyyətdə xalq maraqlarını müdafiə edə bilməz"

"Müxalifət dağınıq vəziyyətdə xalq maraqlarını müdafiə edə bilməz"


22-12-2016, 10:25
"Müxalifət dağınıq vəziyyətdə xalq maraqlarını müdafiə edə bilməz"
"Müxalifət dağınıq vəziyyətdə xalq maraqlarını müdafiə edə bilməz. Ona görə də biz müxalifətin bir araya gəlməsi, ümumilikdə, xalqın müxalifətin ətrafında sıx birləşməsi və sosial-iqtisadi problemlərlə bağlı aktivliyin nizamlı şəkildə təşkil edilməsi vacibdir".
Bunu "Report"a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
O bildirib ki, müxalifətin bir araya gəlməsində fikir ayrılıqlar var: "Proseslərdən çox narahatıq. Biz birləşmə uğrunda cəhdlər edirik, amma nailiyyətlərimiz o qədər də çox deyil. Qrup ambissiylarını önə çəkmək yanlışlıqdır. Bu, həmin şəxslərin milli maraqları aydın dərk etməməsinə sübutdur. "Azərbaycanda xaosun olması bizim işimizə xidmət edər" düşüncəsində olanlar xalqa xidmət etməyənlərdir".
ADP sədri birlik istiqamətində Vətəndaş və İnkişaf Partiyası və digər partiyalarla danışıqların aparıldığını qeyd edib: "Danışıqlar davam edir. Müəyyən problemlər var ki, həll olunmayıb. Digər partiyalardan cavab aldığımız təqdirdə proses başladılacaq. Biz paralele olaraq bir neçə iş aparırıq".

Geri qayıt