Əsas Səhifə > Partiya, Güney Press > "Düşmən gözlənilməyən yerdən alçaq hücumlar həyata keçirir"

"Düşmən gözlənilməyən yerdən alçaq hücumlar həyata keçirir"


20-12-2016, 08:17
"Düşmən gözlənilməyən yerdən alçaq hücumlar həyata keçirir"
"Ankarada Rusiya səfirinin amansızlıqla öldürülməsinin arxasında çox böyük çirkin niyyətlər durur. Artıq xeyli müddətdir Türkiyədə silsilə terror hadisləri törədən qüvvələr indi də yeni, daha təhlükəli ssenari həyata keçirməyə başlayıblar".

Bu sözləri YAP millət vəkili Aydın Mirzəzadə Ankarada az öncə Rusiya səfiri Andrey karlovun öldürülməsinə münasibətində deyib.

Millət vəkili rəsmi Feysbuk səhifəsindən bildirib ki, bu qətl Rusiya-Türkiyə münasibətlərinə zərbə vurmaq niyyətilə törədilib:

"Məhz Rusiya səfirinin öldürülməsi bir tərəfdən yeni-yeni normallaşan Türkiyə-Rusiya münasibətlərini pozmaq, digər tərəfdən isə Türkiyənin beynəlxalq bilikdə nüfuzuna zərbə vurmaq istəyindən xəbər verir.

Çox təəssüf ki, antitürkiyə qüvvələri üçün artıq insanlıq anlayışı yoxdur, qardaş ölkəyə qarşı bütün çirkin oyunlar mümkün hesab edilir. Düşmən gözlənilməyən yerdən alçaq hücumlar həyata keçirir. Belə görünür ki, daha ağırlarını da gözləmək mümkündür.

İnanıram ki, Türkiyə bu çətin sınaqdan çıxacaq, onu əzmək istəyənlərin cavabını verə biləcəkdır”.

Axar.az

Geri qayıt