Əsas Səhifə > Partiya, Güney Press > "Niyə bizim din xadimləri İran prezidenti Həsən Ruhaniyə demir ki..."

"Niyə bizim din xadimləri İran prezidenti Həsən Ruhaniyə demir ki..."


19-12-2016, 08:54
"Niyə bizim din xadimləri İran prezidenti Həsən Ruhaniyə demir ki..."
İran prezidenti Həsən Ruhani dekabrın 21-də Ermənistana səfər edəcək. İran prezidenti Həsən Ruhani İrəvanda ermənistanlı həmkarı Serj Sərkisyanla iki ölkə arasında bir neçə əməkdaşlıq sənədi imzalayacaq.

Moderator.az-a açıqlamasında BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı İranın ermənipərəst mövqeyini qınayıb. Onun sözlərinə görə, İran bunu İsrailin baş naziri Benyamin Netanyahunun bir neçə gün öncə Azərbaycana gerçəkləşdirdiyi qısamüddətli səfərə cavab olaraq edir:

“İran prezidentinin Ermənistana səfərini təsadüf hesab etmirəm. Hər kəs bilir ki, bir neçə gün öncə İsrail baş naziri Benyamin Netanyahu Azərbaycana səfər etmişdi. Elə ilk gündən İran siyasilərinin və din xadimlərinin İsrailin baş nazirinin Azərbaycana gəlməsininə görə bütün beynəlxalq normalara zidd bəyanatlar verdilər və öz yersiz etirazlarını bildirdilər. Bununla da Azərbaycanla bağlı çox kəskin açıqlamalar verməklə yanaşı ölkəmizin daxili işlərinə burunlarını soxdular. İran mollarına hakmiyyətin təmsilçiləri ilə yanaşı bir müxalifət təşkilatının sədr müavini kimi öz etirazımı bildirdim. Ancaq çox təəssüf ki, bu günə kimi bir dəfə də olsun Azərbaycanda fəaliyyət göstərən yüzlərlə məscidin axundu İran mollarına etiraz etməyib. Və bizim din xadimləri İran prezidenti Həsən Ruhaniyə demir ki, Sərkisyan minlərlə müsəlmanın qanını tökən qatildir. Məncə, bizim axundlar İran ayətullarına və mollarına Azərbaycan yönəlik bəyantlarına görə etirazlarını bildirməlidirlər Niyə susurlar və niyə etiraz etmirlər?! Bizim mollalar da Azərbaycan dövlət maraqlarını qorumalıdılar! Mən dindar deyiləm. Ancaq şəxsi qənaətim odur ki, bizim din xadimləri ən azı cümə günü, elə Cümə namazında bircə dəfə də olsun deməlidirlər ki, "İran niyə işğalçı Ermənistana dəstək verir?!" və yaxud da "İran müsəlman qardaşlarını işğal etdiyi torpaqlardan çıxmalıdılar".

Geri qayıt