Əsas Səhifə > Partiya, Güney Press > “Bu, İranın növbəti riyakarlığıdır”

“Bu, İranın növbəti riyakarlığıdır”


17-12-2016, 09:26
“Bu, İranın növbəti riyakarlığıdır”
Qondarma Dağlıq Qarabağ Respublikası ilə İran şirkəti arasında Şuşadakı Yuxarı Gövhərağa məscidinin təmiri ilə bağlı imzalanan müqaviləni Azərbaycan ictimaiyyəti hiddətlə qınayır.

Millət vəkili Fərəc Quliyev bunu Moderator.az-a açıqlamasında İranın növbəti riyakarlığı adlandırdı:

“İran hər bir fitnəkarlığa əl atır. Əslində isə bunların ayətullahları fətva verib ki, qəsb olunmuş torpaqda dəstəmaz belə almaq olmaz. Amma indi gəlib ermənilər tərəfindən müsəlman əhalisi öldürülmüş yerdə məscid bərpa edirlər. Onlar bunu kim üçün edirlər? Axı orada müsəlman qalmayıb. İran beynəlxalq təşkilatlar qarşısında özünü tolerant göstərmək istəyir. Əslində isə bu olay azərbaycanlılara və müsəlmanlara hörmətsizlikdir. İran Ermənistandan Azərbaycana məxsus ərazidə olan işğalçı ordunun çıxarılmasını tələb etməli, bundan sonra orada olan məscidi təmir etməlidir. Mən bu hadisəni İranın növbəti riyakarlığı hesab edirəm”.

Geri qayıt