Əsas Səhifə > Partiya, Güney Press > "Rusiya-Türkiyə yaxınlaşması Qarabağ prosesinə müsbət təsir göstərə bilər"

"Rusiya-Türkiyə yaxınlaşması Qarabağ prosesinə müsbət təsir göstərə bilər"


13-12-2016, 08:56
"Rusiya-Türkiyə yaxınlaşması Qarabağ prosesinə müsbət təsir göstərə bilər"
Rusiya-Türkiyə yaxınlaşması ümumilikdə Qarabağ prosesinə müsbət təsir göstərə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov deyib. Deputat Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı son zamanlar Ankara-Moskva arasında gedən danışıqları şərh edib:

“Bu, çox müsbət bir amildir. Ancaq hələ nəticə verib-verməyəcəyi açıq məsələdir. Ona görə ki, bir çox nöqtələrdə maraqlar toqquşur. Söhbət Suriya, Kipr və digər siyasi məsələlərdən gedir. Ancaq ümumilikdə götürsək, Rusiya-Türkiyə yaxınlaşması Qarabağ prosesinə müsbət təsir göstərə bilər”.

Geri qayıt