Əsas Səhifə > Partiya, Güney Press > "Bunu sırf bilavasitə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqələndirmək olmaz"

"Bunu sırf bilavasitə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqələndirmək olmaz"


7-12-2016, 08:36
"Bunu sırf bilavasitə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqələndirmək olmaz"
Türkiyənin son zamanlar Dağlıq Qarabağ prosesinə qoşulması Ankaranın maraqlarının Moskva tərəfindən nəzərə alınması anlamına gəlir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspertə görə, proseslərin təhlili, əslində, Dağlıq Qarabağ prosesi üzrə heç bir köklü dəyişikliyin baş vermədiyini göstərir:

“Çünki Rusiyanın builki xarici siyasət konsepsiyasında da Dağlıq Qarabağ problemi ilə bağlı müddəalarda heç bir köklü dəyişiklik yoxdur. Ermənistanın silahlandırılması və son hadisələr göstərir ki, bu, təkcə İrəvanla bağlı deyil, daha çox regionda baş verənlərlə bağlıdır. Rusiyanın Ermənistanla birgə qoşun kontingenti Kremlin regionda hərbi-siyasi prioritetlərini ortaya qoyur. Bunu sırf bilavasitə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqələndirmək olmaz”.

Politoloq Türkiyənin son zamanlar Dağlıq Qarabağ prosesinə qoşulmasına da münasibət bildirib:

“Görünür, Ankaranın maraqları Moskva tərəfindən nəzərə alınır. Ancaq prosesdə Türkiyənin konkret hansı rolu oyanacağı və atacağı addımlar bilinmir. Bu məsələyə Rusiya-Türkiyə münasibətləri prizmasından baxmaq lazımdır. Münasibətlər nə qədər konstruktiv şəkildə inkişaf edərsə, bu, Türkiyənin prosesdəki rolunu artıracaq. Bax o zaman biz konkret addımlar gözləyə bilərik. Həmçinin belə gedişat münaqişənin həllinə müsbət təsir göstərə bilər. Türkiyə-Rusiya dialoqu gərgin keçərsə, Ankaranın münaqişənin həllində fəal rol oynaması çətin olacaq. Hər şey hadisələrin qarşıda necə inkişaf etməsindən asılı olacaq”.

Geri qayıt