Əsas Səhifə > Partiya, Güney Press > "Azərbaycanın qələm adamlarından da onu gözləyirsən"

"Azərbaycanın qələm adamlarından da onu gözləyirsən"


2-12-2016, 09:11
"Azərbaycanın qələm adamlarından da onu gözləyirsən"
“Azərbaycan ədəbiyyatı sizin üçün nə dərəcədə maraqlıdır? Son dəfə hansı çağdaş yazarımızın əsərini oxumusunuz? Bu əsər özlüyündə nəyi ehtiva edir?

Axar.az bu sualın ünvanlandığı millət vəkillərinin üçündən cavab alıb:

Zahid Oruc

“Ədəbiyyatın missiyasını dəqiq təyin edən formul yoxdur. Dünya klassiklərini oxuyanda aldığın zövqü, maraqlı həyat salnamələrini və insanların daxili dünyasını, fərqli xarakterləri, yaxud müxtəlif formasiyaları cəm edən bir kitabla həmsöhbət olmaqla əlaqələndirirsən. Eləcə də, Azərbaycanın qələm adamlarından da onu gözləyirsən. Yaşadığımız dövrün informasiya sunamisi fonunda orijinal qələmə malik olan ədiblərimiz var. Gəncdirlər, iddialıdırlar, bəzən inkarçıdırlar, lakin hadisə sayılacaq əsərlər yaratmağa qadirdirlər. Zamanla və cəmiyyətdəki axarla onların statusu bərkiyəcək, möhkəmlənəcək və milli düşüncədə özlərinə yer qazanacaqlar”.

Rafael Cəbrayılov:

“Sonuncu dəfə, bəlkə də sizə qəribə gələcək, ən çox sevdiyim bir əsəri təkrar oxumuşam – Cəlil Məmmədquluzadənin “Ölülər” əsərini. Düşünürəm ki, bu əsərin malik olduğu ədəbi yükə Qərb ədəbiyyatının heç bir nümunəsi malik deyil”.

Fazil Mustafa

"Son olaraq, Səlim Babullaoğlunun türkiyəli fotoqraf İlyas Köçmənin fotolarına yazdığı şeir kitabını oxumuşam. Bu üslub Azərbaycanda fərqli bir şəkildə mərhum Rəsul Rza yaradıcılığında yer alıb. Səlimin hər bir fotoşəklin poetik açılışını verməsi olduqca maraqlıdır".

Geri qayıt