Əsas Səhifə > Partiya, Güney Press > Yeni Azərbaycan Partiyasının yaradılmasının 24 ili tamam olur

Yeni Azərbaycan Partiyasının yaradılmasının 24 ili tamam olur


21-11-2016, 08:56
Yeni Azərbaycan Partiyasının yaradılmasının 24 ili tamam olur
Bu gün Yeni Azərbaycan Partiyasının 24 illiyi qeyd olunur.

SalamNews-un məlumatına görə, partiyanın əsası 1992-ci ildə Heydər Əliyev tərəfindən qoyulub. Partiyanın təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilib və Heydər Əliyev YAP-ın sədri seçilib. Konfransda Azərbaycanın əksər rayonlarından cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndə iştirak edib.

Xatırladaq ki, 2003-cü ildən bəri partiyanın sədri İlham Əliyevdir. YAP-ın lideri İlham Əliyev 2003-cü, 2008-ci və 2013-ci illərdə Azərbaycanda keçirilən prezident seçkilərində qalib olub. 2010-cu il Milli Məclisə seçkilərdə partiya 125 mandatdan 72-sinə sahib olub. Partiya 2015-ci ildə Milli Məclisə keçirilən seçkilərdə də inamlı qələbə qazanıb.

Hazırda Azərbaycanın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyası (YAP) üzvlərinin sayı yarım milyondan çoxdur.

Geri qayıt