Əsas Səhifə > Partiya, Güney Press > "Rusiyanın Azərbaycanla səmimi strateji tərəfdaş olmasına ciddi şübhə yaranıb"

"Rusiyanın Azərbaycanla səmimi strateji tərəfdaş olmasına ciddi şübhə yaranıb"


18-11-2016, 09:16
"Rusiyanın Azərbaycanla səmimi strateji tərəfdaş olmasına ciddi şübhə yaranıb"
Rusiyanın Azərbaycanla səmimi strateji tərəfdaş olmasına ciddi şübhə yaranıb.

Bu sözləri Axar.az-a açıqlamasında Rusiyanın Ermənistanla Vahid Ordu Bölmələri yaratmaq qərarını şərh edən millət vəkili Asim Mollazadə deyib.

Deputat bildirib ki, artıq bu sazişdən sonra Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin kim tərəfindən, nə məqsədlə yaradıldığı və indiyə qədər niyə həll olunmamasının səbəbləri bütün dünyaya bəlli oldu:

“Bundan sonra Rusiyanın Azərbaycanla səmimi strateji tərəfdaş olmasına ciddi sübhələr yaranıb. İndiyə qədər Ermənistanın bütün strateji istiqamətləri, o cümlədən, iqtisadiyyatı, nəqliyyatı, hərbi hava qüvvələri Rusiyanın əlində idi. Ermənistan bu sazişdən sonra artıq müstəqilliyini tamamilə itirərək Rusiyanın hərbi bazasına çevrilmiş oldu”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistanla Vahid Ordu Bölmələrinin yaradılması haqqında bir müddət əvvəl hazırlanan razılaşmanı imzalamaq haqqında əmr verib.

Razılaşmaya əsasən, rəhbəri Ermənistan və Rusiya prezidentləri tərəfindən təyin ediləcək vahid ordu bölmələri dinc şəraitdə Ermənistan Baş Qərargahına tabe olacaq, müharibə vəziyyətində isə Rusiya Müdafiə Nazirliyi Cənub Hərbi Dairəsinin tabeliyinə keçəcək.

Geri qayıt