Əsas Səhifə > Partiya, Güney Press > Xanım müğənnilərin "şortik" davası:

Xanım müğənnilərin "şortik" davası:


8-11-2016, 09:11
Xanım müğənnilərin "şortik" davası:
"ATV" telekanalında yayımlanan "ATV maqazin 10-larla" verlişində əməlli - başlı şortik davası düşüb.

BiG.AZ xəbər verir ki, müğənni Aysel Əlizadə və həmkarı Humay Qədimova şortik geyinən bəzi həmkarlarına söz atıb:

Aysel Əlizadə: "Yaraşmır, bu sənə ayıbdır."

Humay Qədimova: "Güzgüdə sən bir baxmırsanmı xarıcı görnüşündə nəsə çatmır?!"

Bu sözlər gənc müğənni Lətifə Soyözü özündən çıxarıb.

"Mən öz ölçülərimi yaxşı bilirəm və ona görə də hər zaman geyinirəm. Tərbiyə və s. bunlar şortiklə ölçülmür. Lətifə Soyöz şortiklə gündəmdir. Mənə bəzən deyirlər ki, sizin başqa ayaqqabınız yoxdur? Bu istidə platforma geyinirlər? Bu səhnədir. Mən səhnədə özümü necə rahat hiss edirəmsə elə geyinirəm və obrazıma uyğun. Beyonsun təqdimetmə mərasimi vardı. Beyons səhnə üçün tikilən çimərlik paltarı, platforma ayaqqabı və kürk geyinmişdir. Avqust ayında Beyons kürkdədir. Heç kimdə ona demir ki, ay çuşka sən bunu geyinmisən, yaraşmır. Çünki, hamı bunu başa düşür bu obrazdır, belə də olmalıdır."

Geri qayıt