Əsas Səhifə > Partiya, Güney Press > "Beynəlxalq hüquqda "siyasi məhbus" termini yoxdur"
"Beynəlxalq hüquqda "siyasi məhbus" termini yoxdur"5-11-2016, 09:47 |
Son günlər yeni il ərəfəsi əfv sərəncamının imzalanıb-imzalanmayacağı məsələsi gündəmə gəldi. Ardınca keçmiş məhbuslar Xədicə İsmayılın və Leyla Yunusun “Azərbaycanda siyasi və vicdan məhbusları” adı altında siyahı hazırlamaları ilə bağlı xəbərlər yayıldı. Əfv sərəncamı öncəsi və seçkilər bitdikdən sonra bu siyahıların nəyə görə hazırlandığı cəmiyyətdə ciddi müzakirələrə səbəb oldu. Bu siyahılarla müəlliflərin nəyə nail olmaq istədikləri indi cəmiyyətdə çoxşaxəli suallar yaradıb. Bütün bu suallara isə “Konstitusiya” araşdırmalar fondunun prezidenti Əliməmməd Nuriyev hafta.az-a müsahibəsində cavab verib. O, əfv sərəncamının imzalanıb-imzalanmayacağından tutmuş, ayrı-ayrı şəxslərin hazırladıqları siyasi məhbus məsələsinə aydınlıq gətirməyə çalışıb: - Əliməmməd müəllim, son günlər Milli Məclisdə və ictimaiyyət arasında müzakirə olunan əsas məsələlərdən biri də, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə əfv sərəncamının imzalanıb-imzalanmaması müzakirə olunur. Əfv Komissiyasının üzvü kimi soruşuruq, ilin sonunda əfv sərəncamı imzalanacaqmı? - Müstəqillik əldə ediləndən bu günə qədər Azərbaycanda ölkə rəhbərliyi tərəfindən 60-dan çox əfv sərəncamı imzalanıb. Ümumilikdə əfv sərəncamları nəticəsində 7 mindən çox insan cəzalarının çəkilməmiş hissəsindən azad edilib. Bir qayda olaraq cənab prezident tərəfindən hər ilin sonunda əfv sərəncamları imzalanır. Bu artıq ənənə halını alıb. Ölkə başçısı dövlətin mərhəmət imkanından, öz konstiyusyon hüququndan istifadə edərək onlarla şəxsi əfv edir. Həmrəylik günü və Yeni il münasibəti ilə neçə-neçə ailəni sevindirir. Bu il əfv sərəncamının imzalanıb imzalanmayacağı ölkə başçısının səlahiyyətində olan bir məsələdir. Bütün bu suallara o aydınlıq gətirəcək. Ona görə də bəri başdan hər hansı bir fikir söyləməzdim. Bu il də əfv sərəncamının imzalanması istisna olmaya bilər. - Bəs hazırda əfv komissiyasında işlər nə yerdədir? - Əfv komisiyyası bununla bağlı hər gün işləyir. Komissiyaya daxil olan məktublar diqqətlə araşdırılır. Daxil olan arayışlarla bağlı müvafiq arayışlar aidiyyatı üzrı təqdim edilir. - Son günlər keçmiş məhbuslar Leyla Yunus və Xədicə İsmayılın siyasi məhbuslarla bağlı siyahı hazırladıqları barədə mediada xəbərlər dolaşır. Buna münasibətinizi öyrənmək istərdik... - Kimsə nəsə hazırlaya bilər. Amma onun yetərincə əsaslı olub–olmaması məsələsi var. Beynəlxalq hüquqda, sənədlərdə siyasi məhbus anlayışı yoxdur. Bu ayrı-ayrı ekspertlər, insan hüquqları müdafiəçiləri tərəfindən irəli sürülən bir terminalogiyadır. Bu söz birləşməsinin ifadə etdiyi məzmun o qədər genişdir ki, hər kəs öz istədiyi kimi başa düşə bilər. Konkret bir məzmun yoxdur. Lazım olanda terrorçunu da, qatı cinayətkarı da vicdan və siyasi məhbus elan edə bilirlər. Korrupsiyaya qurşanmışları da bəzən siyasi məhbus siyahısına daxil edirlər. Hətta başqalarının hüquqlarını pozan şəxslər də siyasi məhbus elan olunur. Bütün bu yanaşmalar onu hazırlayan təşkilatın və ya siyahını hazırlayan şəxsdən asılı olan bir məsələdir. Azərbaycanda siyasi məhbus məsələsi zaman–zaman gündəmə gəlib. Kimlərsə özlərindən siyasi hazırlayıblar. Adını da siyasi və ya vicdan məhbuslarının siyahısı qoyublar. Həm də çalışırlar ki, bu siyahı daha da bol olsun. Siyahıya çoxlu sayda insan daxil etsinlər. Hətta terrorçunu da bu siyahıya daxil etdiklərinin şahidi olmuşuq. - Bu cür siyahıların hazırlanmasında məqsəd nədir? - Əgər kimsə dünyəvi dövlət prinsiplərini zorla dəyişmək istəyirsə, hakimiyyəti zorla ələ keçirmək istəyirsə onlar məsuliyyətə cəlb olunmalıdırlar. Kimlərsə həmin günahlarına görə həbs olunan şəxsləri özünün “məhbus siyahısı”na salaraq siyasi tərəfdarlar toplamaq istəyir. Bunu qadağan etmək olmaz. Amma bu nə dərəcədə ölkənin sahib olduğu dəyərlərlə üsr-üstə düşür, dövlət konstitusiyasına qulluq edir?! Buna baxmaq lazımdır. Açıq –aşkar görünür ki, bunlar konstitusyon dəyərlərə zidd olan yanaşmalardır. Siyasi qüvvələr ard-arda məğlubiyyətə uğrayanda, tərəfdarları onları tərk edəndə ən ağlasığmaz, radikal yollara əl atırlar. Biz praktikada da bunu dəfələrlə görmüşük. - Bəs əvvəl məhkum olunmuş şəxslərin həmin siyahılara siyasi dəstək verməsi nədən qaynaqlanır? - Bu cür siyahını hazırlayanlar ondan gəlir mənbəyi kimi istifadə edirlər. Siyasi məhbus siyahısına görə bəzi hüquq müdafiəçiləri müəyyən dairələrdən pul alırlar. Hətta həmin siyahıdan müxalif siyasi dairələr də istifadə edirlər. Onlar beynəlxalq qurumlara bu cür siyahıları göstərək özlərini qurban kimi göstərməyə çalışırlar. əgər bir şəxsin özü həbs olunubsa, həbsdən çıxandan sonra bu cür siyahı hazırlayırsa, o bu prosesdə səmimi ola bilməz. Çünki burada şəxsi maraqların toqquşması var. Ona görə də bu cür siyahıların kimin tərəfindən tətbiq edilməsinə hər zaman diqqət yetirmək lazımdır. Geri qayıt |