Əsas Səhifə > Partiya, Güney Press > Azərbaycanda iki siyasi partiyanın birliyi yaradılır

Azərbaycanda iki siyasi partiyanın birliyi yaradılır


5-10-2016, 12:31
Azərbaycanda iki siyasi partiyanın birliyi yaradılır
Azərbaycan Demokrat Partiyası (ADP) ilə Vətəndaş və İnkişaf Partiyasının (VİP) rəhbərliyi əməkdaşlıq məsələsini müzakirə ediblər.
Bu barədə "Report"a ADP sədri Sərdar Cəlaloğlu məlumat verib.
O bildirib ki, əməkdaşlıq təklifini ADP irəli sürüb: "Vətəndaş və İnkişaf Partiyasının cavabından sonra əməkdaşlığın forması müəyyən ediləcək. Biz düşünürük ki, müxalifət partiyalarının arasında inteqrasiya olmalıdı. Digər partiyalar da bu təşəbbüsə müsbət yanaşsalar, həmin təşkilatlarla da müzakirələr aparıla bilər".
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev "Report"a açıqlamasında deyib ki, əməkdaşlıq məsələsi partiyada müzakirə olunub: "Bütövlükdə bu məsələyə müsbət yanaşırıq. Yekun nəticə yaxın vaxtlarda açıqlanacaq".

Geri qayıt