Əsas Səhifə > Partiya, Güney Press > Referendumun qarşısını almaq istəyirlər

Referendumun qarşısını almaq istəyirlər


23-09-2016, 08:31
Referendumun qarşısını almaq istəyirlər
“Azərbaycanı zəif dövlət kimi görmək istəyən xaricidəki anti-Azərbaycan qüvvləri Azərbaycanda referendumun keçirilməsinin qarşısını almaq və buna kölgə salmaq üçün Venesiya Komissiyası vasitəsi ilə nazil olmaq cəhdində bulunurlar”. Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib.
Onun sözlərinə görə, ancaq bu qüvvələr istəklərinə nail ola bilməyəcəklər. “Çünki xalqla dövlət başçısı arasında bir həmrəylik var və cəmiyyət ölkə başçısının Konstitusiyaya dəyişikliklərə bağlı səsəverməyə çıxardığı dəyişiklikləri dəstəkləyir. Ona görə ki, bu dəyişikliklər cəmiyyətə tərəfindən çoxdan bəri idarəetmənin təkmilləşdirilməsi ilə bağlı olan dəyişikliklərdir və cəmiyyət bu dəyişiklikləri dəstəkləyir”- deyə, F. Ağamalı bildirib.
O əlavə edib ki, bu dəyişikliklər Azərbaycanda ciddi struktur, sosial, hüquqi islahatlara və demokratik dəyərlərin daha da inkişafına öz töhfəsini verəcək.
F.Ağamalı deyib ki, ölkə başçısı avropalı parlamentarilərlə görüşündə də, anti-Azərbaycan qüvvələrlə bağlı məsləyə toxunaraq, onlara öz açıq mesajını verdi. “Bununla da dövlət başçısı Azərbaycanın bir müstəqil dövlət və kimsənin diqtəsi ilə hərəkət etməyən, milli maraqlarını hər şeydən üstün tutan bir ölkə olduğu iradəsini ortaya qoydu. Bu bəyanatlar çox ciddi xarakter daşıyırdı və Azərbaycanı zəif, müti bir ölkə kimi görmək istəyənlərə açıq mesaj idi”- deyə, F. Ağamalı bildirib.

Geri qayıt