Əsas Səhifə > Partiya, Güney Press > "Bizdəki sağlam müxalifət deyil, onlar xəstədirlər"
"Bizdəki sağlam müxalifət deyil, onlar xəstədirlər"21-09-2016, 08:27 |
Dünyadakı qlobal problemlər, xüsusilə də Yaxın Şərqdə baş verən qlobal təhlükələr fonunda özünü müxalifət adlandıran Milli Şura və Müsavatın fəaliyyətini izlədikcə görmək olur ki, onların fərqi yoxdur. Sanki eyni bir ssenarinin parçalarıdır. Bunların sentyabrın 11, 17 və 18-də keçirilən mitinqləri göstərdi ki, Azərbaycan dövləti, dövlətçiliyi və iqtidarı nə qədər güclüdür, xalq bu dövlətin çağdaş ideyalarının təməlini qoyan Heydər Əliyev siyasətinə də qədər bağlıdır. Bu bir daha göstərdi ki, insanlar prezident İlham Əliyevə nə qədər inanır və onun arxasındadırlar. Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı Milli Şura və Müsavat Partiyasının ardıcıl mitinq keçirmələrinə münasibət bildirərkən Milli.Az-a deyib. Millət vəkilinin qənaətincə, hazırda özünü müxalifət adlandıraraq xaricdən sifarişlə hərəkət edən, mitinq keçirən qüvvələrin cəmiyyətdə ciddi sosial dayağı yoxdur: "Düzdür, sağlam müxalifət cəmiyyətin, dövlətin inkişafında çox böyük rola malikdir, amma çox təəssüf ki, bizdəki sağlam müxalifət deyil, onlar xəstədirlər. Onların xəstəliyi budur ki, dövlətimizi, dövlətçiliyimizi zəiflətmək, əldə edilən uğurlara qara yaxmaq, xaricdən havadarlarının dəstəyi ilə ölkədə çaxnaşma yaratmaq istəyirlər. Ona görə də bu gün mitinqlərə çağıranlar və çıxanlar "FETÖ"çu, dinçi, daha doğrusu, islam dini pərdəsi altında cəmiyyətdə xaos yaratmaq istəyən radikal qüvvələrlə bir yerdə bir ovuc edərlər, çox kiçik bir hissədirlər. Xalq yenə də onlara etiraz elədi, yenə onlardan üz çevirdi, onları dəstəkləmədi. Onlar 500-800 yox, lap 10-15 min olsunlar. Yəni bunlar qohum-əqrəbası ilə birgə cəmi bu adam ortaya çıxara bilərlər. Lakin bu mitinqlər bir daha göstərdi ki, onların sosial bazası sıfıra yaxındır, hər dəfə də görmək istədikləri iş fiaskoya uğrayır. Bu gün referendumla əlaqədar çoxsaylı mitinqlərdə, görüşlərdə iştirak edirik. Gənclərin əksəriyyəti deyir ki, bugünkü müxalifət bizə qüssəli, kədərli bir uşaqlıqla yaddaşımızda qalıb. Səriştəsiz, təsadüfi adamların rəhbərlik etdiyi dövr onların yadında uzun növbələrlə qalıb. Gənclik deyir ki, adını müxalifət qoyan bir qrup şəxs ara qarışdırmaqla məşğul olur". //milli.az Geri qayıt |