Əsas Səhifə > Partiya, Güney Press > `Onlara şərəfli türk ordusunun geyimi yaraşmır`

`Onlara şərəfli türk ordusunun geyimi yaraşmır`


16-07-2016, 11:47
`Onlara şərəfli türk ordusunun geyimi yaraşmır`
“Türkiyədə baş verənlərin türk ordusuna, onun şərəfli zabit və məhmətciklərinə heç bir dəxili yoxdur”.

AzVision.az-ın məlumatına görə, bu sözləri millət vəkili Sahıb Alıyev deyib.

Deputat vurğulayıb ki, məhmətciklərin əlləri yuxarı "təslim" olduqları və yaxud da üzü üstə sərilmiş kadrlarını efirlərdən yığışdırmaq lazımdır:

“Bu şərəfli türk ordusunun şəninə sığmır. Əsgərlər əmr yerinə yetiriblər, sadəcə. Əgər yayımlanırsa, əmr yerinə yetirənlərin yox, əmr verən şərəfsizlərin təslim olduqları kadrlar yayımlanmalıdır. Özü də hərbi geyimdə deyil. Onlara şərəfli türk ordusunun geyimi yaraşmır. Başlarına liderlərinin fəsini geydirmək, əllərinə isə xidmət etdikləri gücün aşağı salınmış bayrağını vermək lazımdır”.

S.Alıyev bildirib ki, baş verən hərbi çevrilişə cəhd Türkiyə xeyrim olmayacaq: “Baş verənlərin, Tükiyənin xeyiri üçün edildiyini və Türkiyəyə xeyir gətirəcəyini düşünmürəm. Hansı ad altında olursa olsun, heç bir çevirilişə haqq qazandırıla bilməz”.

Geri qayıt