Əsas Səhifə > Partiya, Güney Press > Bakıda Türk millətçi gəncləri Almaniya səfirliyinə etiraz etdilər

Bakıda Türk millətçi gəncləri Almaniya səfirliyinə etiraz etdilər


6-06-2016, 09:59
Bakıda Türk millətçi gəncləri Almaniya səfirliyinə etiraz etdilər
Teref.info xəbər yerir ki, Bakıda “Türk Dünyası Kürşad Dərnəyi” adından “Almaniya Federativ Respublikası” səfirliyinə etiraz bəyanatı təqdim etdilər!
“Türk Dünyası Kürşad Dərnəyi” adından
“Almaniya Federativ Respublikası” səfirliyinə
B Ə Y A N A T
Almaniya Federativ Respublikası Bundestaqının son qəbul etdiyi “qondarma erməni soyqrımını” tanımaqla bağlı qərarını doğru qəbul etmir,şəffaflığına,səmimiliyinə şübhə ilə yanaşır,bunun Türkiyə Cumhuriyyətinə və bütünlüklə Türk dünyasına “ikili standartlarla”yanaşmanının əlaməti kimi görürük.Bu qərarı qınayırıq!Almaniya hökumətinin bu addımın bir daha məqsədə uyğun saymaraq bəyan edir,tələb edirik ki, Almaniya Hökuməti qondarma soyqrımı tanımaqdan vazkeçsin və məsələyə obyektiv pəncərədən baxsın.Almaniya Federativ Respublikasının zəngin dövlətçilik ənənələrinin olduğunu bilərək, ümid edirik ki,etdikləri bu tarixi yalnışlığın fərqinə varacaq və bu səhvlərini düzəldəcəklər.
Və Almaniya Federativ Respublikasına tövsiyyə edirik ki,1992-ci ilin 26 Fevralında ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Xocalı şəhərində dinc əhaliyə qarşı etdiyi soyqrıma diqqət etsin və bu soyqrımı təsdiqləsin.Çünki həqiqi soyqrım məhz budur,bunu “doğru tarixə” baxış etməklə görə bilərsiniz.
Sayqılarla
Türk Dünyası Kürşad Dərnəyi

Geri qayıt