Əsas Səhifə > Partiya, Güney Press > REAL-da fikir ayrılığı yaranıb
REAL-da fikir ayrılığı yaranıb12-05-2016, 09:56 |
“Artıq Bakı və Sumqayıt şəhərlərində hərəkatın bütün məclisləri formalaşıb başa çatdı. Regionlarda bizim 11 məclisimiz olacaq. Bunlardan 7-i artıq formalaşıb, 4-nün formalaşması da bu yaxınlarda baş tutacaq”. Bu barədə Modern.az saytına açıqlamasında REAL Hərəkatının icra katibi Natiq Cəfərli təşkilatın partiyaya çevrilməsi haqqında danışarkən deyib. REAL üzvü bildirib ki, bölgələrdə təşkil etdikləri məclislər haqqında məlumat verməkdə ehtiyatlanırlar: “Biz regionlarda məclislərin formalaşması haqqında ictimaiyyətə məlumatlar verilməsində bir az ehtiyatlı davranırıq. Çünki regionlarda baş verən toplantılardan sonra bəzi problemlər yaşamışdıq. Bakıda keçən ay 3 məclisin təsisi başa çatıb. Bu ayın sonunda isə məclislərin formalaşması tamamilə bitəcək. Bundan sonra isə onların işinin qrafikə salınması və fəaliyyətinin genişlənməsi təmin olunacaq”. Natiq Cəfərli qurultaydan sonra partiyanın Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmasına inamları olmadığını deyib: “Yay aylarında bütün təşkilati işləri qurtardıqdan sonra payızın ilk aylarında partiyanın qurultayının yeri vaxtı və zamanı dəqiq bilinəcək. Partiyanın qeydiyyata alınması ilə bağlı Ədliyyə Nazirliyinə qurultaydan sonra müraciət edəcəyik. Çünki qanunvericilik bunu belə tələb edir. Hələ lazım olan sənədləri toplayırıq. Nazirliyə müraciət edərkən nəzərdə tutulmuş bütün müddəalar üzrə hərəkət edəcəyik. Amma açığı qeydiyyata alına biləcəyimizlə bağlı inam və ümidimiz çox azdır”. O, REAL-ın partiyaya çevrilməsi məsələsində üzvlərin heç bir etirazı olmadığını da bildirib. “Təşkilatımız daxilində REAL-ın partiyaya çevrilməsini əleyhinə olan inşalar yoxdur. Təşkilat daxilində intellektual cəhətdən və hərəsi öz sahəsində peşəkar olan insanlar toplaşıb. Təşkilatın partiyaya çevrilməsinin hansı formada aparılması ilə bağlı müxtəlif diskussiyalar olub. Bu REAL-ın normal bir halıdır. Digər siyasi təşkilatlardan fərqli olaraq bizdə “1 nəfərin” və yaxud “1-2 nəfərin dediyi qanundur” prinsipi olmayıb. Həmsədrimiz bu gün qeyri qanuni olaraq həbsdədir. Həmsədrimizin təklifləri və bəzən də idarə heyətinin təklifləri səs vermədən keçməyib. Amma buna baxmayaraq heç bir fikir ayrılığı yoxdur. Müxtəlif taktiki məsələlərlə bağlı ciddi diskussiyalar olub və olacaq. Təşkilat daxili müzakirə ortamı olmasa cəmiyyətə də bu müzakirə ortamını gətirə bilmərik. Bu günə qədər ölkənin siyasi proseslərində öz imzasını və yeri olan təşkilatıq. Partiya kimi qeydiyyatdan keçib-keçməməyimizdən asılı olmayaraq biz fəaliyyətimizi davam etdirəcəyik. Bizim təşkilat olaraq özəl xüsusiyyətimiz hər zaman o olub ki, yalnız tənqid etməmişik həm də ciddi təkliflər irəli sürmüşük. Biz ölkədə ciddi sistem islahatları ilə bağlı təkliflərimizi vermişik. Geri qayıt |