Əsas Səhifə > Partiya, Güney Press > “SSRİ-nin bizə sırımaq istədiyi nağılların üstündən xətt çəkməliyik”

“SSRİ-nin bizə sırımaq istədiyi nağılların üstündən xətt çəkməliyik”


9-05-2016, 10:14
“SSRİ-nin bizə sırımaq istədiyi nağılların üstündən xətt çəkməliyik”
Bu gün faşist Almaniyası üzərində qələbənin 71-ci ildönümü dünyanın bir sıra ölkələrində qeyd edilir. 9 may “Qələbə Günü” ilə bağlı Moderator.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu II Dünya müharibəsi ilə bağlı maraqlı fikirlər səsləndirib. S.Cəlaloğlunun sözlərinə görə, əslində Nürnberq məhkəməsində almanlarla yanaşı rusların da mühakimə edilməsi gərəkirdi ki, bu baş vermədi:
“II Dünya müharibəsinə görə Hitler Almaniyası nə qədər məsuliyyət daşıyırsa, sovet Rusiyası da bir o qədər cavabdehlik daşıyırdı. Çünki ii dövlət dünyanı bölməklə bağlı gizli razılığa gəlmişdi. Buna görə də hər iki dövlət II Dünya müharibəsinin nəticələrinə görə, eyni dərəcədə cavabdehdir. Sadəcə olaraq, sovetlər almanlar üzərində qalib gəldiyi üçün almanlar mühakimə olundu. Halbuki, Nürnberq beynəlxalq məhkəməsində almanlarla yanaşı sovetlər də mühakimə olunmalıdır. Çünki sovetlər də bu məsələdə almanlarla razılığa gəlmişdiş. Əgər Hitler Stalinlə dünyanı bölüşmək uğrunda ortaq mövqeyə gəlməsəydi, bəlkə də II Dünya müharibəsi başlamazdı. Ona görə də baş verənlərə görə sovtlər də almanlar qədər məsuliyyət daşıyıq. SSRİ-nin bizə sırımaq istədiyi nağılların üstündən xətt çəkməliyik. Hadisələrə sağlam gözlə baxmalıyıq”.

Geri qayıt