Əsas Səhifə > Partiya, Güney Press > "Bunların rəhbərlərinin dininə, imanına, milli şərəfinə bir quş..."
"Bunların rəhbərlərinin dininə, imanına, milli şərəfinə bir quş..."14-04-2016, 08:47 |
"İhlas" Xəbər agentliyi Türkiyədəki dindar camaatın maraqlarını təmsil edən bir media holdinqinin içində yer alır. Holdinqə dini ad seçimi də buradan qaynaqlanır. Əvvəlki sahibini xatırlayıram, xeyriyyəçi kimliyi ilə tanınan mərhum Ənvər Örən olub. Türkiyənin bütün iqtidarları ilə münasibətlərini yüksək səviyyədə qurublar. Bu gün Rusiya mətbuatında Türkiyənin və Azərbaycanın maraqlarını ən çətin şərtlərdə fədakarlıqla qoruyan Fuad Abbasovun işdən azad edilməsi inanmıram ki, "İhlas"ın müstəqil qərarı olsun. Türkiyə hakimiyyətində kimlərinsə Rusiyaya jest olaraq qurbanlıq seçimi kimi Rusiyanın şovinist dairələrini qıcıqlandıran bu fədakar ekspertin cəzalandırılması düşünülüb, yoxsa başqa bir səbəb var? Hər halda bu məqam ciddi araşdırılmalıdır. Əgər bu addımı "İhlas" qrupunun rəhbərliyi Rusiyadakı biznes maraqlarına görə müstəqil şəkildə atıbsa, o zaman bunun bir adı var: Rusiya qarşısında Türkiyənin maraqlarını satmaq. Yəni bu qrupun rəhbərlərinin dininə, imanına, milli şərəfinə bir quş... Ona görə də "İhlas" xəbər agentliyinin və bu adda holdinqin Azərbaycanla hansısa əlaqələri varsa, dərhal dayandırıb, bu buqələmunları ölkədən qovmaq yerində bir addım olardı. Fuad Abbasova gəldikdə isə, ona qarşı Azərbaycan rəhbərliyi Qarabağ savaşında fədakarcasına döyüşən Azərbaycan əsgərinə verdiyi qiyməti verməlidir. Çünki bu savaşımız ancaq silahla aparılmır və ağır döyüşlər mediada, teleməkanlarda da gedir. Fuad bəy bu məkanda və qeyri-bərabər döyüşdə xeyli erməniyə və onların xəstəliyinə yoluxmuş bir sıra ruslara lazımi zərbələri endirə bilib. Fazil Mustafa, millət vəkili Geri qayıt |