Əsas Səhifə > Partiya, Güney Press > Artıq beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinə biganə qala bilməyəcək

Artıq beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinə biganə qala bilməyəcək


8-04-2016, 09:19
Artıq beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinə biganə qala bilməyəcək
"Azərbaycan Ordusu son əməliyyatlarda həddini aşmış düşmənin cavabını verdi. Düşməndən azad edilən yüksəkliklərdə bu gün Azərbaycan dövləti, əsgəri və xalqı durur. Artıq sözün hər anlamında biz erməniləri məğlub etmişik və düşmən bizdən aşağıda dayanıb". Bunu Trend-ə Milli Məclisin deputatı Sahib Alıyev deyib.

S.Alıyev bildirib ki, artıq Azərbaycan bu qarşıdurmada diqtə edən tərəfdir: "Azərbaycanın atəşkəs qərarı əslində düşmənə fikirləşmək üçün verilən vaxtdır. Azərbaycan Ordusunun qüdrətini düşmən də gördü, onun havadarları da gördü. Bu gün Azərbaycan Ordusu ilə yanaşı, Azərbaycan dövləti və diplomatiyası da elə bir yüksəklikdə dayanıb ki, o yüksəklikdən bizim tələbimizi düşmən və onun havadarları eşitməyə bilməz".

Deputat deyib ki, Ermənistan bilməlidir və bilir ki, artıq onun bir yolu var: "Ya torpaqlarımızdan gedəcək, ya da tabutda gedəcək. Başqa yol yoxdur".

S.Alıyev əlavə edib ki, artıq Dağlıq Qarabağ münaqişəsində status-kvo dəyişib: "Artıq beynəlxalq təşkilatlar da məsələyə biganə qala bilməyəcək. Əslində beynəlxalq təşkilatlar reallığı bilirdilər, Azərbaycan torpaqlarının işğal altında olduğunu, Azərbaycanın bununla barışmayacağını bilirdilər, amma bunu görməzdən gəlirdilər. Ancaq indi belə olmayacaq. Çünki yüksəkliklərdə Azərbaycan bayrağı dalğalanır və düşmən və onun havadarları Azərbaycan Ordusunun, Ali Baş Komandanının və xalqının iradəsini, qətiyyətini, əzmini gördülər. Hər kəs gördü ki, bu xalq Ordusunun, Ali Baş Komandanının arxasındadır, bir yumruq kimi birləşib".

Geri qayıt