Əsas Səhifə > Partiya, Güney Press > ADR-in qeydiyyatla bağlı müraciətinə növbəti dəfə mənfi cavab verilib
ADR-in qeydiyyatla bağlı müraciətinə növbəti dəfə mənfi cavab verilib6-04-2016, 09:06 |
Ədliyyə Nazirliyi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının dövlət qeydiyyatı ilə bağlı müraciətini mənfi cavablandırıb. APA-nın məlumatına görə, bu barədə ADR hərəkatının sədri Qubad İbadoğlu özünün "facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb. O bildirib ki, nazirlik cavab məktubunda göstərilən və texniki xarakter daşıyan çatışmazlıqları təşkilatı qeydiyyata almamaq üçün əsas kimi göstərərək "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa istinadən sənədləri geri göndərib: " Nazirlik ADR Hərəkatına ünvanladığı cavab məktubunda nizamnamədə idarəetmə orqanlarının səlahiyyət müddətinə və təsis qərarları ilə bağlı sənədlərin bütün təsisçilər tərəfindən imzalanmamasına irad bildirib”. Q. İbadoğlu qeydiyyatla bağlı növbəti dəfə nazirliyə müraciət olunacağını, əgər alınmasa, işi məhkəmə yolu ilə həll edəcəklərini qeyd edib. Geri qayıt |