Əsas Səhifə > Partiya, Güney Press > “ATƏT-in Minsk qrupu dedi-qodu ilə məşğuldur”

“ATƏT-in Minsk qrupu dedi-qodu ilə məşğuldur”


4-04-2016, 09:37
“ATƏT-in Minsk qrupu dedi-qodu ilə məşğuldur”
DİA.AZ: - “Allah torpaqlarımız uğrunda ölən bütün şəhidlərimizə rəhmət etsin. Onların qanı axıdılan bu torpaqlarda ruhları məskən salacaq, biz onları unutmayacaq və hər zaman xatirimizdə canlandıracayıq”.

DİA.AZ xəbər verir ki, bunu cəbhədə cərəyan edən son hadisələrə münasibət bildirən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev deyib. Sədr əminliklə bildirib ki, həm hökumət, həm də xalq onların arxalarında qoyub getdikləri əzizlərinin göz yaşlarını qurutmaq üçün əlindən gələni edəcəkdir. Lakin R. Nurullayev bəzi məqamların ou narahat etdiyini dilə gətirib:
“Azərbaycan haqq tərəfidir. İşğal olunan tərəf bizik. Bir milyon qaçqın və köçkünü olan bizik. Yüz milyardlarla zərərə uğramış bizik. Azərbaycan hər zaman torpaqlarını düşməndən azad etmək üçün hərəkətə keçə bilər. Öz torpağında necə addım atmağı nə Rusiyadan, nə Avropadan, nə ABŞ-dan, nə ATƏT, nə də digər beynəlxalq qurumlardan soruşan deyil. ATƏT-in bəyanatı, Rusiyanın çağırışı, BMT Baş Katibinin və digərlərinin çağırışı qüsurludur. Siz müharibə olmasını istəmirsinizsə, Ermənistanın işğalçı rejimini yerində otuzdurun”.

ATƏT-in Minsk Qrupunun uğursuz missiyasını başa vurduğunu deyən AXCP sədri bildirib ki, onlar artıq sadəcə dedi-qodu və xəbərçiliklə məşğuldurlar:
“Turizm bəsdir. Azərbaycan xalqının beynəlxalq aləmin hazırkı münasibətinə dözümü qalmayıb. Nə olacaq olsun, Azərbaycan xalqın tələbi və iradəsiylə birtərəfli qaydada Minsk Qrupundan imtina etməlidir. Beynəlxalq təşkilatların da məntiqsiz çağırış və bəyanatlarına kor və dilsiz qalmaq da daha xeyirlisidir. Daha bir məqam. Azərbaycan həm də Rusiya ilə savaşır. Ermənistan o cürətdə deyil ki, qarşımızda dayansın. İki gündür, dünya mətbuatını izləyirik və yalnız Rusiya mətbuatı ermənipərəst mövqe sərgiləyir. Bu məqam üzərində daha ciddi düşünmək zamanı deyilmi? Biz bunu bilirik, amma daha nədən qorxuruq? Rusiya bundan artıq bizə nə edəcəkki? İşğal edəcəkmi? 20% işğal altında, ya 50%, fərq edərmi?”

Razi Nurullayev sonda vuğulayıb ki, bir günlük müharibə xalqımızı daha sıx birləşdirməyə məhkumdur, xalq, siyasilər və hökumət bir masa ətrafında toplaşmağa məhkumdur.

Geri qayıt