Əsas Səhifə > Partiya, Güney Press > "Araz Əlizadə mənasız söhbət edir..."

"Araz Əlizadə mənasız söhbət edir..."


31-03-2016, 11:48
"Araz Əlizadə mənasız söhbət edir..."
"Araz Əlizadə səhv deyir, bir çox ölkə var ki, onların himni minorda yazılıb. Məsələn İsrailin çox gözəl himni var"

Bunu Moderator.az-a açıqlamasında tanınmış bəstəkar və kulturoloq Elmir Mirzəyev bildirib.

Elmir Mirzəyev deyib ki, Araz Əlizadənin söylədikləri mənasız söhbətdir: "Çox ölkə var minor tonallığında himni var. Sadəcə mənasız söhbətdir. İnanın, qoşulmağa həvəsim yoxdur heç. Məsələn Slovakiyanın çox gözəl və kədərli himni var, o da minordadır. Bu cür coxlu misal gətirə bilərəm. Bu misallar ilk ağlıma gələnlər oldu, çoxdan da çoxdur kədərli minor tonallığında yazılmış himnlər. Bolqarıstanın da himni minor olmalıdır. Lap elə Ukraynanınkı da... Sözləri də çox kədərlidir, "Ukrayna hələ ölməyib", Maydanı xatırladım, orada çox oxumuşuq o himni".

P.S. Nümunə üçün Slovakiyanın himnini oxuculara təqdim edirik.



Geri qayıt