Əsas Səhifə > Partiya, Güney Press > AXCP üzvlərindən Müsavata əfv atmacası...

AXCP üzvlərindən Müsavata əfv atmacası...


19-03-2016, 10:06
AXCP üzvlərindən Müsavata əfv atmacası...
Prezidentin martın 17-də imzaladığı əfv fərmanı ilə Müsavat Partiyasının həbsdə olan iki başqan müavininin və iki fəalının azad olunması, həbsdəki bir neçə AXCP üzvünün isə əfv siyahısına daxil edilməməsi bəzi cəbhəçilərin Müsavata atmacalar atmasına səbəb olub.

Sosial şəbəkədə “Bu əfv fərmanına bir nəfər də olsun cəbhəçinin daxil edilməməsi, Müsavatın isə 4 üzvünün azad olunması hakimiyyətə qarşı real müxalifət qüvvəsinin hansı partiya olduğunu bir daha ortaya çıxardı” kimi fikirlər yazılmağa başlayıb. AXCP üzvlərinin bu fikirlərinə Müsavat Partiyasının mövqeyini öyrəndik. “AXCP üzvləri bu dəfə azad olunmayıbsa, Müsavat üzvləri azad olunubsa, bu, Müsavatın real müxalifət partiyası olmadığı, AXCP-nin real müxalifət partiyası olduğu anlamına gəlirmi?” sualına cavabında Müsavat Partiyası başqanının müavini Elman Fəttah bildirdi ki, həbsdən azad olunan Müsavat Partiyası üzvlərinin mediaya verdiyi açıqlamalar həmin fikirlərin cavabı sayıla bilər. Həm Tofiq Yaqublunun, həm də Yadigar Sadıqovun müsahibəsində bu fikirlər cavab var: “Bundan başqa, müsavatçıların prinsipiallığı hər kəsə aydındır. 1993-cü ildən indiyə qədər yüzlərlə müsavatçı siyasi məhbus həyatı yaşayıb, azadlığa qovuşub. Lakin heç biri əfv diləməyib”.

Geri qayıt