Əsas Səhifə > Partiya, Güney Press > “Bu millətin evini yıxan elə televiziyalardır”

“Bu millətin evini yıxan elə televiziyalardır”


18-03-2016, 10:06
“Bu millətin evini yıxan elə televiziyalardır”
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev telekanal rəhbərlərini ünvanına kəskin fikrilər səsləndirib. Partiya sədri "Cümhuriyət”ə deyib ki, telekanallar maarifləndirici proqramları hazırlamaq əvəzinə, xalqın evini yıxıb:

"Amma telekanalların rəhbərləri şou-biznes və toy adamlarından 3-dən, 5-dən alıb onları təbliğ edirlər. Bu şou xarakterli proqramlar xalqın gözlərini kor edib. Gərək telekanalların rəhbərlərinin gözləri kor olaydı ki, gəncliyə Azərbaycanın keçmişini, bu gününü xatırlatmırlar. Proqramlar tariximizə, dövlətimizin durumuna dair maraqlı süjetlər hazırlamalıdırlar.

Bu gün Azərbaycanı üzləşdiyi iqtisadi böhrandan çıxarmaq üçün ağıllı təkliflərlə çıxış edən mütəxəssislər, sahibkarlar efirlərə dəvət olunmalıdırlar. Mütəxəssilər efirlərdə sahibkarlara dərs keçməlidirlər. Amma bunların heç biri olmur. Nəticədə xoşagəlməyən işlərin hamısını ekranlara çıxarılır. Bu gün Azərbaycanın mentalitetinə ən ağır zərbələri də telekanallar vururlar. Telekanllar dövlətdən aldığı pulları havayı yeməməlidirlər, onların burunlarından gəlsin. Çünki onlar ağır günlərində bu dövlətin yanında ola bilmirlər. Bu, yaramaz bir haldır.

Geri qayıt