Əsas Səhifə > Partiya, Güney Press > “Azərbaycan matəm elan etsin”

“Azərbaycan matəm elan etsin”


14-03-2016, 09:47
“Azərbaycan matəm elan etsin”
"Türkiyədə baş verən terror aktını lənətləyirik və yeganə təsəllimiz də günahkarların cəhənnəm odunda yanacaqlarıdır. Bu gün qəlbimiz Ankara üçün döyünür, göz yaşlarımız Ankarada şəhid edilən qardaş-bacılarımız üçün axır. Lənətə gəlmiş terror öz çirkin simasını bir daha göstərdi, qardaş Türkiyədə 30-a yaxın günahsız insan qətl edildi”.

“Qafqazinfo” xəbər verir ki, bunu yeni yaradılan AXCP sədri Razi Nurullayev Ankarada törədilən terror aktı barədə danışarkən deyib. Partiya terroru lənətləyərək, bunun cavabsız qalmayacağını bildirib:

“Biz əminik ki, Türkiyə bu vəhşiliyi cavabsız qoymayacaq. Əminik ki, bu vəhşiliyi həyata keçrilənlər tezliklə qanun qarşısında cavab verməli olacaqlar. Bütün türk ulusuna, türk qardaş-bacılarımıza və bütün insanlığa “başımız sağ olsun” deyirik. Terror elə bir bəladır ki, ondan heç bir dövlət sığortalanmayıb və buna görə də bütün dünya terrora qarşı birlik olmalıdır. Ötən terror aktında da söyləmişdik, yenə də təkrar etməkdə fayda var. Azərbaycan Türkiyənin yanında olduğunu nümayiş etdirmək üçün Türkiyə ilə bərabər matəm elan edərsə, bu terrora qarşı ən sərt cavabımız olar. Hökumət ciddi düşünsün! Türkiyənin dərdi dərdimiz, sevinci sevincimizdir. Başını dik tut, Türkiyə! Yaxşı günündə də, pis günündə də yanındayıq. Nə edək ki, bu kimi mənfur hərəkətlərin qarşısını almaqda insanlıq aciz", deyə vurğulayıb.

Geri qayıt