Əsas Səhifə > Partiya, Güney Press > Rəsul Quliyev Türkiyənin düşməninin kim olduğunu göstərdi
Rəsul Quliyev Türkiyənin düşməninin kim olduğunu göstərdi14-03-2016, 09:08 |
Uzun illərdir Amerikada yaşayan Azərbaycan parlamentinin sədri Rəsul Quliyev Ankarada baş verən son terror olayına münasibət bildirib. O qeyd edib ki, Türkiyədə çoxsaylı insan ölümü ilə nəticələnən növbəti terror aktı ölkədə hökümətə inamı bir qədərdə azaldıb. “Teror aktının kürd partiyasının radikal qanadı tərəfindən edildiyi elan edilir. Bu terror aktlardan artıq 100-lərlə qardaşlarımız həlak olub. Prosesin qarşısını almaq üçün Türkiyə höküməti ilk növbədə kürd partiyasının sağlam qüvvələrini bu terroristlərə qarşı qoymağa nail olmalıdır. Sağlam qüvvələrin liderləri ilə bərabərhüquqlu səviyyədə danışıqlara başlamalıdır. Rusiyanın bütün kürdləri Türkiyə hökümətinə qarşı qoymaq üçün dəridən, qabıqdan çıxdığını unutmamalıdır. Bir dəfə 1915-1917 -ci illərdə Rusiyanın erməniləri türklərə qarşı qaldırdığını və onun nəticələrini unutmamalıdırlar. 100 ildən sonra Rusiya yenidən eyni bir işi görmək istəyir, ayıq olun”. Geri qayıt |