Əsas Səhifə > Partiya, Güney Press > Ana Vətən Partiyası Salyan rayon təşkilatının növbəti konfransı

Ana Vətən Partiyası Salyan rayon təşkilatının növbəti konfransı


10-03-2016, 10:47
Ana Vətən Partiyası Salyan rayon təşkilatının növbəti konfransı
DİA.AZ: - Konfransın işində partiya Mərkəzi Aparatının rəhbəri Elçin Ağamalı və Təşkilat Şöbəsinin müdiri, Mərkəzi Şura üzvü Azər Quluzadə iştirak etmişdir. İclasda təşkilat komitəsinin hesabatı dinlənilmiş və təşkilati məsələlərə baxılmışdır. Ilk olaraq sədr müavini Elçin Ağamalı çıxış edərək regionda və Azərbaycanda gedən ictimai-siyasi proseslər barədə konfrans nümayəndələrinə məlumat vermişdir.

DİA.AZ xəbər verir ki, o, eyni zamanda AVP-nin fəaliyyəti, apardığı siyasət və partiyadakı təşkilatı işlərə də toxunmuşdur. İkinci məsələ kimi təşkilatı məsələlərə baxılmış, rayon təşkilatının sədri, sədr müavini, rayon qadınlar şurasının sədri, rayon gənclər təşkilatının sədri, rayon məclisinin üzvləri, rayon şurası və nəzarət təftiş komissiyasının üzvləri seçilmişdir. Zərbəliyev Şahin Pilağa oğlu AVP Salyan rayon təşkilatının yeni sədri seçilmişdir. Konfransın sonunda partiyaya yeni qoşulmuş anavətənçilərə üzvülük vəsiqələri təqdim edilmişdir.

Ana Vətən Partiyası Salyan rayon təşkilatının növbəti konfransı
Ana Vətən Partiyası Salyan rayon təşkilatının növbəti konfransı
Ana Vətən Partiyası Salyan rayon təşkilatının növbəti konfransı

Geri qayıt