Əsas Səhifə > Partiya, Güney Press > "Bu gün cahilcə, insafsızca, namərdcə davranmaqları da var"...

"Bu gün cahilcə, insafsızca, namərdcə davranmaqları da var"...


4-03-2016, 09:53
"Bu gün cahilcə, insafsızca, namərdcə davranmaqları da var"...
Millət vəkili, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev də “qoz polemikası”na qoşulub və bu haqda “facebook” səhifəsində status paylaşıb. Dia.az müsavat.com-a istinadən həmin statusu olduğu kimi təqdim edir.

"AXCP dərnəyinin rəhbəri Əli Kərimli əslində düz deyir. Qozun maya dəyəri bəzi məqamlarda (və məkanlarda) gerçəkdən 75 qəpikdən yuxarı olmur. İlham Hüseyn fason cırtQOZlara, QOZqulaqlara, QOZ sındıranlara, millətin dərdi söylənəcək, ölkənin problemləri qabardılacaq yerdə mənasız mövzularla QOZ-QOZ oynayanlara 75 qəpikdən artıq ödəməyə dəyərmi?

Yox, əlbət! Onların topasını qaraguruh bazarından vur-tut 25 qəpiyə almaq olar. Öz də deyim ki..., normal qida rasionumuzdakı qozlardan fərqli olaraq Əli Kərimlinin 75 qəpik qiymət qoyub, əslində isə dediyim kimi - 20-30 qəpiyə “spisat” elədiyi QOZların təyinat sferası daha rəngarəngdir. Yəni bu “hərşeyşünas” qozlar bir tək mart ayında şəkərburaya dönüb ortalıqda peydahlanmaqla, qabıqlarını hansısa səfirliyin külqabısında unutmaqla, diş, damaq arasında qalıb sonradan “zuboçistka” ilə çıxarılmaqla kifayətlənmirlər. Onların hərdən qələm tutub “Azadlıq”da yazı yazmaqları, dərnək başçısının məsləhəti (sifarişi) ilə konkret şəxslərin boyuna şəffaf, hörgülü, enli, “torba” tikməkləri, zamanında dost deyib qardaş çağırdıqlarına qarşı bu gün cahilcə, insafsızca, namərdcə davranmaqları da var.

Əlqərəz, Əli Kərimli qoz boyda ağlı və məntiqi ilə ətrafındakıları çərəz kimi alıb, qara fəhlə kimi işlədir. Proseslərə qabıq altdan baxan məlum zehniyyət sahibləri isə hələ də fərqində deyillər ki, elə ancaq “Yeni Musavat” və Rauf Arifoğluna atılan daşlardan özlərinə imarət tikərdilər, müxalif funksionerlərin “ifşa”sına qoyulan “maya” və “zəhmət”lə bütün nəsillərinə sahib çıxardılar, rəhbərlərinin qoz hallusinasiyasına və polemikasına qapılmaqdansa ortalığa ciddi bir proqram, layihə, mükəmməl bir konsepsiya, platforma qoyardılar.

Amma harda?! Kərimli və ətrafındakı qaraguruhun başı hələ Azərbaycan siyasətində natariusluq etməyə, alqı-satqı predmeti müəyyənləşdirməyə, bəyənmədikləri adamları “möhürləməyə”, bədnam və uğursuz statuslarında foto-surət təsdiqləməyə qarışıb.
Ay, allahdan demişəm Siyavuş Novruzov Kərimli ilə bağlı dediyi foto və video faktları ictimailəşdirə. Başqa bir arzum yoxdur. İnanın, o miskin mənzərəni hamınızın görməsi lazım. Dal qapıdan girməkdən tutmuş ta stol ətrafında yerə-göyə zillənən hətərəm, nagüman, qorxulu baxışlara qədər....hər şey maraqlıdır!"

Geri qayıt