Burada təhsildən daha çox puldan danışılır... .....                     Ermənistanın ədliyyə naziri istefa verib .....                     KOBİA “sevimli şirkətinə” bu dəfə 286 min manat ayıracaq .....                     “Unibank” faiz bataqlığıdır, məndən 3 min manata 8 min manat faiz istədilər” .....                     Yasamalda abadlıq işlərini həyata keçirən Ramil adlı şəxs kimdir? .....                     Bu gün AŞPA-da yeni "erməni şousu" başlanır .....                     "Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi keçirilib .....                     KAPİTAL BANK müştəriləri belə risqə atır... .....                     Hər il kitab yeniləməklə nə qədər PUL SİLİRSİNİZ? .....                     İşçi ilə bağlanmış Əmək müqaviləsi aşağıdakı yolla ləğv edilə bilər .....                     Pənah Hüseyn niyə istefa vermədi? .....                     Bu şirkət nizamnamə kapitalını yenə azaltdı .....                     “BazarStore”da yeni təyinat .....                     Bələdiyyə sədri müəllim kimi işə götürülür, 15-20 ilin müəllimləri isə... .....                     "Böyüklü-kiçikli məmurlar milyonları, milyardları dağıdırlar" .....                     Bıçaqlanan məktəb direktoru ilə katibə arasında .....                     23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən .....                     Məhkəmə sabiq deputata qarşı dələduzluq etdiyi üçün həbs olunan .....                     "Bu məkanda doğru sözü danışmağa, yazmağa imkan tanımırlar..." .....                     Nazir rektorun oğluna yeni vəzifə verdi .....                     Mişustini İrəvana aparan DAHA BİR SƏBƏB .....                     İsrailin bu hücumda iki cari hədəfi var... .....                     Naxçıvanda `Xan` gedib... `Canişin` gəlib... .....                     "Gah deyirlər olacaq, gah da deyirlər, mümkün deyil" .....                     5 yerə bölünəcək İrandan BİZƏ PAY VARMI? .....                     Aşıq Ələsgərin heykəli tənqid olundu .....                     ADB dəmir yollarının rəqəmsallaşdırılması üçün .....                     BRİCS-ə üzvlük müraciətindən nə xəbər? .....                     “Bank Respublika”nın uğursuz yatırımı .....                     Kəsilən pensiya və pulsuzluğun yaratdığı ailə faciəsi .....                     Göyçayda fermerlər ÇƏTİN DURUMDA .....                     Xeyir mənşəcə yalandır! .....                     Hindistan Ermənistana ballistik raket satmağa hazırlaşır .....                     "Azərbaycan da hazır olsun!..." .....                     Dəmir Yollarında NƏ BAŞ VERİR? .....                     Aşıq Ələsgər irsi yaddaşlara əbədi həkk olunub .....                     “Nar” Beynəlxalq Jest Dili həftəsi çərçivəsində sağlamlıq imkanları məhdud şagirdlərlə görüşüb .....                     "Əgər bu sənətə qazanc gözü ilə baxsaydım..." .....                     Hamınız görürüsünüz, ya da görməzdən gəlirsiniz… .....                     Nazirliyin bu idarəsi vergi borcu olan şirkəti qalib edib? .....                 

“Milli Şuranın odunu söndürüb, külü ilə oynayırlar” - Sabir Rüstəmxanlı
Tarix: 7-04-2014, 14:23 | Çap et
“Milli Şuranın odunu söndürüb, külü ilə oynayırlar”
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlının APA-ya müsahibəsi

- Sabir bəy, VHP-nin qurultayı sonuncu dəfə 2007-ci ildə keçirilib. Nizamnaməyə uyğun olaraq qurultay 5 ildən bir keçirilir. Bu müddətin artıq başa çatdığını nəzərə alsaq, partiyanın qurultayı hansı səbəbdən gecikir?

- 2012-ci ildə qurultay səviyyəsində yubiley tədbirimiz oldu. Buna görə də qurultayın gecikməsi ilə bağlı sıxıntı yaşamırıq. Əsas odur ki, bu il bütün rayonlarda konfranslar keçirilməlidir. Təbii ki, sonuncu qurultaydan xeyli vaxt keçdiyindən, bəzi rayon təşkilatlarının işindən, onların sədrlərindən ümumi narazılıqlar var. Seçkilərlə bağlı, xüsusən də məntəqə və dairələrdə təmsilçilərimizin müəyyənləşməsi ilə əlaqədar müəyyən rayonlarda narazılıqlar meydana çıxır. Bunların hamısını aydınlaşdırmaq və partiyanın rayon təşkilatlarını təzə hala gətirmək üçün hökmən rayonlarda konfranslar keçirilməlidir. Bu ilin payızına doğru çalışacağıq ki, qurultayı keçirək. Bu il bizim işimiz çoxdur, mən həm Dünya Azərbaycanlıları Konqresinin qurultayına hazırlaşıram, həm də partiya ilə bağlı işlərim var. Bunlar hamısı vaxt istəyir. Lakin bütün bunlara baxmayaraq, işlərimiz gedir və çalışacağıq ki, bu il qurultayı keçirək.

- Partiyanın sədrliyindən getməyi düşünürsünüzmü?

- Doğrudan da, mən öz yerimə partiyanın işini apara bilən, problem yaratmayan, bacarıqlı, gənc və partiyanın bütün təşkilatları tərəfindən qəbul olunan bir adamın təyin olunmasını istəyirəm. Bəlkə də qurultayın gecikməsinin bir səbəbi də budur. Mənim partiya sədrliyindən getmək niyyətim var. Bu, yalnız mətbuat üçün blef, yaxud boş yerdən ortaya atılmış söz deyil, mən bunu səmimi şəkildə istəyirəm. Eyni zamanda bir sıra başqa işlərim də var ki, onlar mənim üçün çox zəruridir. Xüsusən də, yaradıcılıq sahəsində işlərim var, əlimdə yarımçıq kitablarım qalıb. Burda otura-otura, partiyanın işini görə-görə, əgər mənim fikrim yarımçıq işlərimin yanındadırsa, yaxud yazılarımı yazarkən fikrim qalır ki, partiyada kimsə ilə görüşməliyəm, bu şəkildə əvvəllər işləmək olurdu, ancaq indi işləyə bilmirəm. Çünki zaman qovur, yarımçıq işlər məni onların ardınca getməyə məcbur edir. Buna görə də mən partiya sədrliyindən getmək istəyirəm. Yəni bir lider kimi yox, partiyanın sıravi üzvü kimi qalmaq istəyirəm.

- Ümumiyyətlə, siyasətdən getmək niyyətiniz var?

- Siyasətdən getmək hələ ki mümkün deyil, çünki mən millət vəkiliyəm. O müddət başa çatdıqdan sonra yəqin ki, siyasətdən də gedəcəyəm. Əslində, yazıçılıq daim siyasətin içində olmaqdır. Mənim təbiətim və yaradıcılığımın ümumi ruhu siyasətdən uzaqda deyil. Mənim yazılarım vətəndaşlıq ruhundan yoğrulmuş və Azərbaycanda sovet dövründən başlayaraq cəmiyyət içində baş verən proseslərlə sıx bağlıdır. Yəni, mənim sovet dövründəki kitablarıma nəzər salsaq görərik ki, siyasi hədəfi olan, Azərbaycanın tarixi yaddaşını diriltməyə, millətin yaddaşını özünə qaytarmağa, müstəqilliyə xidmət edən kitablardır. Bunlar da əslində siyasətin bir növüdür. Əsərlərimdə ədəbiyyatdan istifadə yolu ilə ictimai problemləri qaldırmaq var. Mən bu mənada siyasətdən kənar deyiləm. Yəni düşünsəm ki, bundan sonra yazacaqlarım siyasətdən tam kənar olacaq, bu doğru deyil. Mənim sırf milli ruhdan qidalanan, mənəvi proseslərdən doğan son dərəcə zərif ruhlu lirik şeirlərim də var. Amma partiya işi gündəlik siyasətdir və mən gündəlik siyasətdən uzaqlaşmaq, daha çox millətimizin gələcəyinə yönəlik, daha uzun vədəli milli siyasətlə məşğul olmaq istəyirəm.

- Fikrinizdən belə başa düşülür ki, 2015-ci il parlament seçkilərində də iştirak etməyəcəksiniz.

- Hələ bu barədə düşünməmişəm. Mən tək olsam, çox asanlıqla çantamı əlimə alıb gedə bilərəm. Lakin 23 il bir yerdə olduğumuz insanlar var və onların bir çox məsələlərdə məndən umacaqları var. Məsələn, partiyanın parlamentdə təmsil olunması. Əvvəldən biz parlamentdə təmsil olunmuşuq, bu mövqeyi itirməmək şərtilə partiyadan getmək istəyirəm. Yəni, elə bir dəyişiklik olsun ki, bizim parlamentdə təmsil olunmağımıza ziyan vurmasın. Bax, bunların hamısı ölçüb-biçirik. Mənsiz bu məsələlər həll olunsa, parlamentdə iştirak etməyəcəyəm. Ancaq görəndə ki, mənə ehtiyac var, onda buna uyğun addım atacağam.

- Sabir bəy, prezident seçkilərindən sonra Azərbaycandakı ictimai-siyasi vəziyyəti necə dəyərləndirirsiniz?

- İnsan qəribə bir məxluqdur, rahat yaşamaq istəmir. Müharibəsiz, iğtişaşsız yaşaya bilmir. Bütün toplumlarda daimi bir gərginlik var. ABŞ-ın, Avropanın hegemonluq siyasəti istər-istəməz gərginlik yaradır və bütün bunlar hamısı Azərbaycana da təsir edir. Azərbaycan coğrafi olaraq son dərəcədə mürəkkəb bir bölgədədir, bütün yolların qovşağı, bir çox dövlətlərin maraqlarının kəsişdiyi yerdir. Yəni, ətrafımızda bütün güclər hamısı bir-birinə qarşı ağız-ağıza yatıblar. Şimalda Rusiya var, itirdiyi torpaqlarda öz nüfuzunu qoruyub saxlamağa çalışır, Ermənistan düşmən dövlətdir, 20 faiz torpaqlarımızı işğal edib, bizə rahat yaşamağa imkan vermir. Müharibə olmasa, Azərbaycanı dünyanın gözəl guşələrindən birinə çevirərdik. Güney Azərbaycan bizdən ayrılıb, biz oradakı soydaşlarımızı unuda bilmərik. İslam-şiə dövləti adı altında fars şovinizmi orada yaşayan 35 milyon soydaşımızın qanını sorur. Biz azərbaycanlı olaraq öz həyatımızı bunlardan kənarda hiss edə bilmərik. Bütün bunlar hamısı həm də Azərbaycanın daxili siyasətinə təsir göstərir. Təsəvvür edin ki, müharibə olmasa, Azərbaycan idarəçiliyi nə qədər rahat nəfəs ala bilərdi. Bütün bunlar həm də iqtidar-müxalifət qarşıdurması üçün əlavə mövzu verir. Bu da daimi həyatımızda izlənilən bir gərginlikdir. Azərbaycanda seçkilərdə müəyyən gərginliklərin yaşanmasına baxmayaraq, seçkilərdən sonra həm siyasi həyat, həm də ölkənin həyatı sakit bir məcraya düşüb. Bunun bir səbəbi də elə dediyim gərginlikləri millətin duymasıdır. Millət başa düşür ki, Azərbaycanda indiki durumu dəyişdirmək o qədər asan deyil, əvvəla, dəyişdirdikdən sonra da daha yaxşı variant olmalıdır. O yaxşı variant meydanda olmadıqca, yalnız boş vədlərdən ibarət olduqca, hakimiyyət belə davam edəcək. Çünki doğrudan da ortaya çıxan o alternativ qüvvələr elə prezident seçkilərində xırda istisnalarla, hamısı, hakimiyyətin apardığı təbliğatın yanında solğun görünürdü. Bu, reallıqdır. Ona görə də, xalq boş vədlərə, ümidlərə səs vermir. İndi vəziyyəti görür və ona uyğun addımlar atır. Bu gün partiya mübarizəsi adı altında, təəssüf ki, bir sıra o qədər də şəffaf olmayan maraqlarla birləşən qrupların qarşılıqlı mübarizələri var. Bu mübarizələrə kənardan müdaxilələr var. Bu iqtidara qarşı olan kənar qüvvələr özlərinə müxalifət düşərgəsində yuva qurmağa çalışırlar, orada tərəfdarlar axtarırlar. Bütün bunlar toqquşur və bunlar toqquşanda hər şeyi xalqın iradəsi həll etmir. Amma yekun olaraq, mən Azərbaycanda daxili sabitliyə sevinən adamlardan biriyəm və güman edirəm ki, zaman hər şeyi qaydasına qoyur.

- Müxalif partiyanın sədri kimi Azərbaycanın müxalifət düşərgəsindəki hazırkı durumu necə qiymətləndirirsiniz? Xüsusilə də Milli Şura ətrafında cərəyan edən prosesləri nəzərdə tuturam. Nəzərə alsaq ki, sizin partiyanın bir neçə funksioneri qurumda təmsil olunur...

- Biz partiya olaraq orada iştirak etmirik, ancaq partiyanın müəyyən üzvləri iştirak edir. Onlar da İctimai Palatadan ora gediblər. Biz müxalifət partiyası olaraq müxalifət düşərgəsində gedən proseslərdən kənarda deyilik, hər hansı şəkildə orada iştirak edirik. Mən Milli Məclisdəyəm və orada ola-ola Milli Şuraya gedə bilməzdim. Milli Şura guya Milli Məclisə alternativ kimi nəzərdə tutulurdu. Mən Milli Şurada tam süstlük görürəm. Digər tərəfdən, Milli Şuraya toplaşmış adamların bu birliyə sona qədər sadiq qalacağına inanmırdım. Onların bir azdan bir-birinə qarşı yenidən ittihamlara qalxacağını da bilirdim. Ümumiyyətlə, o tərkiblə, o heyətlə hətta qalib gəlsə belə, yalnız o adamların iştirakı ilə ciddi bir hakimiyyət formalaşdırıb Azərbaycanın bu sıxıntılardan qurtula biləcəyinə inanmırdım. Bu gün 1988-90-cı illərə nisbətən mənəvi-psixoloji cəhətdən zəifləmiş, bir-birinə münasibətdə bir çox körpüləri yandırmış adamların zahiri görüntü yaradaraq, guya yenidən hakimiyyətə gələcəkləri və gələndən sonra ölkədə ciddi dəyişikliklər edəcəyinə inanmırdım. Ona görə də mən inanmadığım yerə heç vaxt getmərəm. Mən bütün əvvəldən yaranan birliklərin hamısını görmüşəm, təşəbbüskarı olmuşam, illər uzunu əsəblərimiz gedib, bir-birimizə yaxınlaşmağa çalışmışıq, amma sonradan görmüşəm ki, bu gün üz-üzə oturursan, sabah arxanda yüz cür böhtanlar deyilir. Yəni, müxalifətdə qarşılıqlı etimad mühiti yoxdur. Müxalifət düşərgəsi əvvəllər çox geniş idi. Orada hansı maraqdır bu böyük birliyi getdikcə parçalayan? Əsas müxalifət, nə bilim, radikal müxalifət... Bu, əslində öz oturduğun budağı kəsməkdir. Bunlar əslində millətin etimadından özünü məhrum etməkdir. Burada bir məqsəd var, dünya görsün ki, Azərbaycanın “ana” müxalifəti mənəm. Bu xırda şöhrətpərəstik və bu gün mənim sübut edə bilməyəcəyim başqa maraqlar var idi. O da yaşamaq mübarizəsidir. Yaşamaq üçün müxalifətçiliyin müəyyən qaynaqları var, məsələ odur ki, o qaynaqlara kim təkbaşına sahiblənmək istəyir. Buna görə adam illər uzunu yanaşı gəldiyi dostunu itirməz, xalqın ümidlərini qırmaz. Bunların hamısını biz görmüşük. Ona görə də təcrübədən dəfələrlə keçirdiyimiz və hər dəfə də peşmançılığını yaşadığımız birlik yolu məni çəkmir. Yəni, kimsə aldana bilər, mənim isə bu yaşda aldanmaq vaxtım deyil axı...

- Bəzi siyasətçilər Milli Şuranın sədri Cəmil Həsənlinin ziyalı kimi siyasətə qoşulmasını, sözügedən birliyə daxil olmasını düzgün addım hesab etmir. Siz necə düşünürsünüz?

- Cəmil Həsənli siyasətdə yeni deyil. Bir müddət Milli Məclisin fəal deputatlarından biri olub. Buna baxmayaraq, hesab edirəm ki, Cəmil müəllim Milli Şuraya getməli, orda sədrliyi boynuna götürməli deyildi. Cəmil müəllim Azərbaycanın böyük tarixçisi və ziyalısıdır, çox gözəl əsərlər yazır və o işini də davam etdirməli idi. Bir dəstə adam onu qabağa verib, onun kölgəsində gizlənir. Qabaqcadan bəlli idi ki, o birliyin sonu necə olacaq. Ona görə də düşünürəm ki, səmərəsiz mübarizəyə girişmək vaxtımız keçib. İndi onlar Milli Şuranın odunu söndürüb, külü ilə oynayırlar.

- Milli Şurada təmsil olunan Müsavat Partiyasının qurumu tərk etməsi və bundan sonra bir zaman onun müttəfiqləri olmuş şəxslərin partiyanı hakimiyyətlə mandat alverində ittiham etməsi, əlaqələri kəsməsi sizcə nə ilə bağlıdır?

- Mənim Müsavat Partiyasında heç kimlə şəxsi problemim yoxdur. Tarixi Müsavat Azərbaycan üçün unudulmaz bir dəyərdir - XX yüzilliyin əvvəlindən başlayan, Məhəmməd Əmin Rəsulzadənin qurduğu Müsavat. O müsavatçılıq Azərbaycanda demək olar ki, hər kəsin ürəyindədir. Onu bugünkü Müsavat Partiyasının divarları içinə sığışdırmaq mümkün deyil. Ümumiyyətlə isə, son illərin təcrübəsi göstərir ki, Azərbaycan müxalifətinin iki problemi var. Biri Müsavatdır, biri də Xalq Cəbhəsi. Xalq Cəbhəsi, o boyda hərəkat neçə yerə parçalandı, halbuki onu qorumaq olardı. Ümumiyyətlə, bu partiyalaşmanı biz bir müddət yubada bilərdik. Mən özüm də bu proseslərin içində olmuşam, amma sözümü həmişə mümkün qədər demişəm. Xalq Cəbhəsi təbii şəkildə o vaxt sovetlərə qarşı qalxan kütlənin etiraz dalğasında yetişmiş hərəkat idi. Bütün millət də bu hərəkatın üzvü idi. Müsavat da yenə o tarixi xatirənin üzərində qurulmuş böyük partiyadır. Onların heç biri bu gün onlara başçılıq edən şəxslərin zəhməti ilə yaranmış partiya deyil. Onlar xatirə ilə, xalqın iradəsi ilə yaranmış qurumlardır. Buna görə də onların bir yerdə olmamaları və həmişə aralarındakı konfliktlər bütövlükdə xalqın iradəsinə və bizim tarixi xatirəmizə vurulan zərbədir. Fikrimcə, onların bu problemi olmasa, müxalifətin mənzərəsi ayrı cür olardı.

- Kinorejissor Rüstəm İbrahimbəyovun Milli Şuraya gəlişi və sonradan qurumda təmsil olunanların ona qarşı olan münasibəti barədə nə dəyə bilərsiniz?

- Bilirsiniz, hər kəs öz yerində dəyərlidir. Rüstəm İbrahimbəyov böyük yazıçı, dramaturq və kinorejissordur. Buna baxmayaraq, Rüstəm İbrahimbəyovun da Milli Şuraya rəhbərliyini yanlış hesab edirəm O, əgər müxalifət düşərgəsinə yardım etmək istəyirdisə, yardımını edə bilərdi. Yəni, birdən-birə hakimiyyətlə şəxsi problemlər yaranandan sonra siyasətə gəlmək mənim düşüncəmə görə bəri başdan məhkumluqdur. Çünki onun sonu olmayacaq. Amma digər tərəfdən, mənim Rüstəmə çox böyük hörmətim var və heç vaxt da o hörmətə kölgə düşməyini istəmərəm. Eyni zamanda mən hakimiyyətin də Rüstəm İbrahimbəyova qarşı münasibətini yanlış hesab edirəm. Mən istərdim ki, Rüstəm İbrahimbəyov, Cəmil Həsənli kimi adamlar millətin ümid yeri kimi qalsınlar, daxili münaqişələrdən kənarda qalan bir ağıl mərkəzimiz olsunlar. Bir çox partiyaların onlara münasibətinin səmimi olduğuna da inanmıram. Ona görə, bu adamların ayrı-ayrı partiyaların maraqlarına qoşulmasının tərəfdarı deyiləm.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Burada təhsildən daha çox puldan danışılır... - Və yaxud Əmrullayevin YIXDIĞI EV...
Bu gün, 11:21
Ermənistanın ədliyyə naziri istefa verib - KİV
Bu gün, 11:15
KOBİA “sevimli şirkətinə” bu dəfə 286 min manat ayıracaq - DETALLAR
Bu gün, 11:10
“Unibank” faiz bataqlığıdır, məndən 3 min manata 8 min manat faiz istədilər” - NARAZILIQ VAR...
Bu gün, 11:04
Yasamalda abadlıq işlərini həyata keçirən Ramil adlı şəxs kimdir? - “Ay xanım, siz kimsiniz, məni niyə narahat edirsiniz?”
Bu gün, 11:01
Bu gün AŞPA-da yeni "erməni şousu" başlanır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:54
"Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi keçirilib
Bu gün, 10:40
KAPİTAL BANK müştəriləri belə risqə atır... - BU DA FAKT!!!
Bu gün, 10:39
Hər il kitab yeniləməklə nə qədər PUL SİLİRSİNİZ? - ETİRAZ VAR...
Bu gün, 10:30
İşçi ilə bağlanmış Əmək müqaviləsi aşağıdakı yolla ləğv edilə bilər - Ekspert danışır...
Bu gün, 10:19
Pənah Hüseyn niyə istefa vermədi? - Özü açıqladı
Bu gün, 10:16
Bu şirkət nizamnamə kapitalını yenə azaltdı - bu dəfə 1,2 milyon manat vəsait geri çəkildi
Bu gün, 10:14
“BazarStore”da yeni təyinat - FOTO
Bu gün, 10:14
Bələdiyyə sədri müəllim kimi işə götürülür, 15-20 ilin müəllimləri isə... - NARAZILIQ VAR...
Bu gün, 10:06
"Böyüklü-kiçikli məmurlar milyonları, milyardları dağıdırlar" - REAKSİYA
Bu gün, 10:01
Bıçaqlanan məktəb direktoru ilə katibə arasında məhkəmə çəkişməsi davam edir
Bu gün, 09:58
23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar barədə qərar açıqlanıb
Bu gün, 09:57
Məhkəmə sabiq deputata qarşı dələduzluq etdiyi üçün həbs olunan iş adamının şirkəti ilə bağlı qərar verdi
Bu gün, 09:56
"Bu məkanda doğru sözü danışmağa, yazmağa imkan tanımırlar..." - deputat
Bu gün, 09:54
Nazir rektorun oğluna yeni vəzifə verdi - ƏMR
Bu gün, 09:50
Mişustini İrəvana aparan DAHA BİR SƏBƏB - AKTUAL
Bu gün, 09:46
İsrailin bu hücumda iki cari hədəfi var... - İNCƏLƏMƏ
Bu gün, 09:44
Naxçıvanda `Xan` gedib... `Canişin` gəlib... - DƏYİŞƏN HEÇ NƏ YOXDUR...
Bu gün, 09:42
"Gah deyirlər olacaq, gah da deyirlər, mümkün deyil" - GİLEY
Bu gün, 09:33
5 yerə bölünəcək İrandan BİZƏ PAY VARMI? - HAZIR OLMALIYIQ...
Bu gün, 09:28
Aşıq Ələsgərin heykəli tənqid olundu - Müəllifin cavabı...
Bu gün, 09:26
ADB dəmir yollarının rəqəmsallaşdırılması üçün Azərbaycana 47 milyon ABŞ dolları ayırır
Bu gün, 09:25
BRİCS-ə üzvlük müraciətindən nə xəbər? - prosedurların ikisi keçilib, sonra...
Bu gün, 09:24
“Bank Respublika”nın uğursuz yatırımı - Şirkətin biznesi sürətlə əriyir
Bu gün, 09:22
Kəsilən pensiya və pulsuzluğun yaratdığı ailə faciəsi - TƏFƏRRÜAT
Bu gün, 09:21
Göyçayda fermerlər ÇƏTİN DURUMDA - "Bir budaqda üç nar var, üçü də çürükdür..."
Bu gün, 09:19
Xeyir mənşəcə yalandır! - Aqşin Yenisey yazır...
Bu gün, 09:14
Hindistan Ermənistana ballistik raket satmağa hazırlaşır
Bu gün, 09:08
"Azərbaycan da hazır olsun!..." - Qonşuluqda qalanan TONQAL
Bu gün, 09:05
Dəmir Yollarında NƏ BAŞ VERİR? - İşçilərə TƏZYİQ OLUNUR?
Bu gün, 09:02
Aşıq Ələsgər irsi yaddaşlara əbədi həkk olunub - İsrafil Kərimovun yazısı
Bu gün, 08:54
“Nar” Beynəlxalq Jest Dili həftəsi çərçivəsində sağlamlıq imkanları məhdud şagirdlərlə görüşüb
Bu gün, 08:50
"Əgər bu sənətə qazanc gözü ilə baxsaydım..." - VİDEO
Bu gün, 07:33
Hamınız görürüsünüz, ya da görməzdən gəlirsiniz… - AXI NİYƏ?..
Bu gün, 07:29
Nazirliyin bu idarəsi vergi borcu olan şirkəti qalib edib? - BU NƏDİ BELƏ?
Bu gün, 07:27
Kibercinayətkarlar BİZİ BELƏ SOYUR... - DİQQƏT
Bu gün, 07:22
Öz hərəkət zolağı olan avtobus YOLUNDAN ÇIXARSA... - AÇIQLAMA
Bu gün, 07:19
Ermənilər tarixi abidəmizin təmirinə pul ayırdılar
Bu gün, 07:05
Gəncədəki klinikanın rəhbərindən ETİRAZ - "Həqiqəti əks etdirməyən məlumatlara görə..."
Bu gün, 07:02
Naxçıvanın KÖNTÖY MƏMURLARI - vətəndaşı ÇİLƏDƏN ÇIXARIB...
Bu gün, 06:57
Zibilliyə atılan NEMƏT... - Qarşısını ala bilməyəcəyik...
Bu gün, 06:52
Mənsum İbrahimova qarşı saxtakarlıq - FOTO
Bu gün, 06:48
Respublikaçılar Kiyevə qarşı: qəliz və ciddi vəziyyət - GƏLİŞMƏ
Bu gün, 01:09
İranın boyası soluxmuş QIRMIZI XƏTTİ... - NƏLƏR OLUR, AY TEHRAN?..
Bu gün, 01:07
Ermənilərin Qarabağa kütləvi köçü mümkün deyil - ÇÜNKİ...
Bu gün, 01:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru